AFFA Azərbaycan Premyer Liqasının oyunlarına azarkeşlərin buraxılması üçün Nazirlər Kabineti yanında Operativ Qərargaha müraciət edəcək.
AZXEBER.COM-un məlumatına görə, bu barədə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev Azərbaycan Premyer Liqasında 2021/2022 mövsümünün püşkatma mərasimində deyib.
O bildirib kİ, çempionatın startına 1 həftə qalmışadək cavab bəlli olacaq: "Yoluxma sayı artmasa, düşünürəm ki, razılıq verilər".
Qeyd edək ki, Azərbaycan Premyer Liqası avqustun 14-də start götürəcək.