"AFFA Nazim Süleymanova şərait yaradanda susmuşdu, indi təşkilat yaradır" — Tanınmış futbol veteranı

"AFFA Nazim Süleymanova şərait yaradanda susmuşdu, indi təşkilat yaradır" — Tanınmış futbol veteranı
İDMAN
15:44 03.10.2019
3994
Tanınmış futbol veteranı Fazil Əsədov "Ölkə.Az"ın suallarını cavablandırıb.
 
AZXEBER.COM həmin müsahibəni təqdim edir:

- Fazil müəllim, hazırda Lənkəran futbolunun vəziyyəti necədir?

- Bildiyiniz kimi, "Xəzər Lənkəran" ölkə çempionatında çıxış etmir. Amma AFFA tərəfindən U-11, U12, U13, U-14 liqalarının oyunlarında Lənkəran komandaları da çıxış edir. Digər bölgələrdə olduğu kimi, Lənkəranda da bu işlər gedir.

- Siz bu yarışlarda hansı statusla iştirak edirsiniz? Məşqçisinizmi?

- Xeyr, sadəcə tamaşaçı kimi baxıram. Özüm idman məktəbinin direktoru olan vaxtda da gördüyümü deməyə çalışmışam. O vaxt yarışlar bizim meydançada keçirilirdi. Hazırda həftə ərzində 250-dən çox oyun keçirilir.

- Cənub futbolunun ən tanınmış simalarından olan Nazim Süleymanov yeni qurum yaratdı. O qurumda təmsil olunusunuzmu?

- Xeyr, təmsil olunmuram. Nazim müəllimə veteran futbolçu, Azərbaycanı təmsil etmiş insan kimi hörmətimiz var. Amma bu təşkilatın yaranmasının məqsədləri, arxasında kimlərin dayandığı mənə bəlli deyil. Hesab edirəm ki, belə bir təşkilata ehtiyac yoxdur.

- Nə mənada?

- Mən heç o təşkilatın adını bilmirəm. Onu bilirəm ki, Lənkəranda keçirilən iclaslarında cəmi üç nəfər iştirak etmişdi.

- Ola bilərmi ki, təşkilatın maliyyəsi zəif olduğu üçün maraq azdır, yaxud perspektivinə inanılmır?

- O haqda fikirləşməmişəm. Bir vaxtlar AFFA Nazim Süleymanov üçün hər şərait yaratmışdı, klublarda məşqçi işləyirdi.

- Deyəsən sosial şəbəkədə də bu barədə yazmışdınız...

- Bəli, AFFA onlara şərait yaradanda susmuşdular, indi danışmağa başlayıblar. Şəxsən mən 12 ildir ki, futboldan kənarda qalmışam.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Övladları 1-ci sinfə gedən bir qrup valideyndən dərs proqramı ilə bağlı şikayət - VİDEO
21:49 06.10.2026
Övladları 1-ci sinfə gedən bir qrup valideyndən dərs proqramı ilə bağlı şikayət - VİDEO
Kahramanmaraşda İŞİD-ə qarşı əməliyyat zamanı 39 şübhəli saxlanılıb
21:43 06.10.2026
Kahramanmaraşda İŞİD-ə qarşı əməliyyat zamanı 39 şübhəli saxlanılıb
Dron hücumundan bir gün əvvəl kapitan oğlu ilə danışıb - VİDEO
21:34 06.10.2026
Dron hücumundan bir gün əvvəl kapitan oğlu ilə danışıb - VİDEO
Paşinyan Ermənistanda tutulan Azərbaycan əsgəri haqqında danışıb
21:28 06.10.2026
Paşinyan Ermənistanda tutulan Azərbaycan əsgəri haqqında danışıb
Middle East Eye: Türkiyə Səudiyyə Ərəbistanına məhdud hərbi kontingent göndərəcək
21:24 06.10.2026
Middle East Eye: Türkiyə Səudiyyə Ərəbistanına məhdud hərbi kontingent göndərəcək
Məktəblinin öldürüldüyü dava sentyabrın 24-dən başlayıbmış - VİDEO
21:16 06.10.2026
Məktəblinin öldürüldüyü dava sentyabrın 24-dən başlayıbmış - VİDEO
Aİ təmsilçiləri sabah Rusiyaya qarşı yeni və genişmiqyaslı sanksiyaları təsdiqləməyə hazırlaşır
21:09 06.10.2026
Aİ təmsilçiləri sabah Rusiyaya qarşı yeni və genişmiqyaslı sanksiyaları təsdiqləməyə hazırlaşır
Etirazlara görə Brüssel hava limanında 100-dən çox reys ləğv ediləcək
21:02 06.10.2026
Etirazlara görə Brüssel hava limanında 100-dən çox reys ləğv ediləcək
Fransanın səfiri İran XİN-ə çağırılıb
20:57 06.10.2026
Fransanın səfiri İran XİN-ə çağırılıb
Fransa DİN: Etirazlarda 256 min nəfər iştirak edib
20:51 06.10.2026
Fransa DİN: Etirazlarda 256 min nəfər iştirak edib
Pezeşkian ilk dəfə Türkmənistanda MDB dövlət başçılarının iclasında iştirak edəcək
20:45 06.10.2026
Pezeşkian ilk dəfə Türkmənistanda MDB dövlət başçılarının iclasında iştirak edəcək
Makron məktəblilərin etirazları ilə bağlı təcili müşavirə keçirəcək
20:40 06.10.2026
Makron məktəblilərin etirazları ilə bağlı təcili müşavirə keçirəcək
İndoneziyada yük maşını aşıb, ölənlər var
20:35 06.10.2026
İndoneziyada yük maşını aşıb, ölənlər var
İranda 70 siyasi məhbus edam edildi
20:30 06.10.2026
İranda 70 siyasi məhbus edam edildi
Təhsildə rəqəmsal transformasiya ətrafında fikir mübadiləsi aparılıb
20:23 06.10.2026
Təhsildə rəqəmsal transformasiya ətrafında fikir mübadiləsi aparılıb
Rusiya XİN: Gümrüdəki hərbi bazanın taleyini müzakirə etməyə hazırıq
20:20 06.10.2026
Rusiya XİN: Gümrüdəki hərbi bazanın taleyini müzakirə etməyə hazırıq