AFFA-nın avtobusu qəzaya uğradı

AFFA-nın avtobusu qəzaya uğradı
Bütün Xəbərlər
00:59 06.09.2011
1516

Avstriyadakı təlim-məşq toplanışından qayıdan AFFA-nın 15-16 yaşlılardan ibarət yığma komandasını şəhərə gətirən avtobus qəzaya uğrayıb. Hadisəyə Heydər Əliyev prospektində digər qəzanın baş verməsi səbəb olub. Belə ki, yüksək sürətlə hərəkət edən avtobus yararsız vəziyyətə düşmüş avtomobilə çırpılıb. Nəticədə eyni vaxtda 4 müxtəlif avtomobillə toqquşub. İdarəetməni itirərək dirəyə çırpılan AFFA-ya məxsus avtobusun sürücüsü gənc futbolçuları yarıyolda qoyaraq, hadisə yerindən qaçıb. Hadisə zamanı avtobusla toqquşan avtomobillərdən birinin sürücüsünün ağır vəziyyətdə xəstəxanaya çatdırıldığı bildirilir.

//Premyerliqa.az

OXŞAR XƏBƏRLƏR