BAKU AZƏRBAYCAN
6°C
euro 1.8398
dollar 1.7000
rubl 0.0224
lirə 0.2510

"AFFA ürəyindən əməliyyat olunan Səmədağa Şıxlarovun xərclərini ödəyəcək" - AÇIQLAMA

İDMAN
15:55 25.02.2020
4032
AÇIQLAMA" />
"Neftçi"nin canlı əfsanələrindən olan Səmədağa Şıxlarov ürəyindəki problem üzündən bu gün ağır əməliyyat keçirib.

AzxeberSport xəbər verir ki, Respublika Diaqnoz Mərkəzində əməliyyat olan veteran futbolçu xəstəxana xərclərinin qarşılanması üçün AFFA-ya müraciət edib.

Bundan əvvəl 5 dəfə ağır əməliyyat keçirən Səmədağa Şıxlarova öz hesabına əməliyyat olunmuşdu.

Mətbuatda yayılan xəbərə görə isə AFFA bu dəfə Səmədağa Şıxlarovun əməliyyatını üzərinə götürsə də, sonradan pulu ödəməkdən imtina edib. Veteran futbolçu yenə də xəstəxana xərclərini özü qarşılayıb. Yayılan xəbərlərə görə AFFA əməliyyat üçün pul olmadığına görə xərcləri qarşılamayıb.

AzxeberSport məsələni dəqiqləşdirmək üçün AFFA-nın mətbuat katibi Firuz Abdulla ilə əlaqə saxlayıb.

F.Abdulla bildirib ki, onlar xəstəxana ilə müqavilə bağlayıblar: "Səmədağa Şıxlarovun özü AFFA-ya müraciət edib, əməliyyat xərclərinin qarşılanmasını istəmişdi. Biz Respublika Diaqnoz Mərkəzinin Ürək Mərkəzi ilə müqavilə imzalamışıq. Xərclər hamısı müqavilədə əks olunmuşdu, əməliyyatın daha gec olacağı bildirilmişdi. İndi isə məlumat əldə etmişik ki, artıq Səmədağa Şıxlarov  əməliyyat olunub.

AFFA-nın sözcüsü deyib ki, bütün xərclər keçmiş futbolçuya qaytarılacaq:

"AFFA-nın maliyyə problemi yoxdur. Bu xərcləri yəqin ki, veteran futbolçumuz özü ödəyib. Bütün xərclər AFFA tərəfindən Səmədağa Şıxlarova qaytarılacaq. AFFA artıq bu məsələ ilə bağlı qərar da qəbul edib. Tez bir zamanda məbləği çatdıracayıq”.

OXŞAR XƏBƏRLƏR