Afra Saraçoğlunun adı narkotik istintaqında – Aktrisa danışdı

Afra Saraçoğlunun adı narkotik istintaqında – Aktrisa danışdı
MAQAZİN
15:41 18.09.2026
55
Türkiyədə məşhurlara qarşı keçirilən narkotik araşdırması çərçivəsində Afra Saraçoğlunun da aralarında olduğu bir neçə nəfər barəsində gözaltı qərarı verilib.

AZXEBER.COM xarici mətbuata istiandən xəbər verir ki, araşdırma Bakırköy Respublika Baş Prokurorluğu tərəfindən aparılır.

Afra Saraçoğlu barəsində yayılan xəbəri xaricdə olduğu zaman öyrəndiyini bildirib. Aktrisa sosial media hesabında açıqlama yayaraq Türkiyədə olmadığını və xaricə səfərinin əvvəlcədən planlaşdırıldığını qeyd edib.

"Bu gün mətbuata əks olunan və bir çox həmkarımla birlikdə adımın çəkildiyi xəbərləri xaricdə olduğum zaman öyrəndim. Çox əvvəlcədən planlaşdırılan iş səfərimlə əlaqədar hazırda Türkiyədə deyiləm”, – deyə Saraçoğlu bildirib.

Aktrisa hüquqi prosesin düzgün şəkildə davam etməsi üçün ən qısa zamanda Türkiyəyə qayıdaraq ifadə verəcəyini açıqlayıb.

"Ədalətin təmin olunması və prosesin ən doğru şəkildə irəliləməsi üçün ən qısa zamanda ölkəmə qayıdaraq hüquq-mühafizə orqanları ilə tam əməkdaşlıq çərçivəsində ifadə verəcəyəm. Vicdanım rahatdır və hər şeyin aydınlaşacağına inamım tamdır”, – deyə o əlavə edib.
 
Gülay
 

 


OXŞAR XƏBƏRLƏR