Afrika ölkəsində qiyam başladı

DÜNYA
10:35 13.04.2012
1918

Qvineya-Bisauda qiyam qaldıran hərbçilər paytaxtı ələ keçiriblər

Afrikadakı Qvineya-Bisauda silahlı üsyan başlayıb. ANS Qiyamçı hərbçilər paytaxt Bisaunu, radio stansiyasını və hakim partiyanın qərargahını ələ keçirib. Şəhərin küçələrində atışma getdiyi barədə məlumatlar var. İnformasiya agentlikləri xarici diplomatlara istinadən xəbər verirlər ki, müvəqqəti prezident və baş nazirin yeri məlum deyil. Qeyd edək ki, aprelin 29-da Qvineya-Bisauda prezident seçkilərinin ikinci turu keçiriləcək. Prezidentlik kürsüsü uğrunda mübarizədə rəqiblər baş nazir Karlos Qomes və müxalifətçi namizəd, keçmiş prezident Kumba Yaladır. Amma sonuncu bir neçə gün əvvəl vətəndaşları seçkini boykot etməyə çağırıb.(anspress)

OXŞAR XƏBƏRLƏR