“Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası” Təşkilatı 31 yanvar, saat 11.00-da Gəncliyə Yardım Fondunun konfrans zalından Milli İclmaların Koordinasiya Şurasının iştirakçılığı ilə 2 fevral-Gənclər Gününə həsr olunmuş tədbir həyata keçirəcək.
Bu haqda AZXEBER.COM-a təşkilatın sədri Gülsel Səfərova məlumat verib. Onun dediyinə görə, tədbir çərçivəsində gənclər siyasəti, gənclərin avropaya inteqrasiya prosesində fəallığı və azərbaycançılıq ideologoyasının güclənməsində gənclər təşkilatlarının rolu mövzularında diskusiya aparılacaqdır. Tədbirin fəxri qonağı millət vəkili Rəbiyyət Aslanova olacaq. Tədbir interaktiv olmaqla milli icmaların qısa təqdimatları, gənclər təşkilatlarının fəaliyyətində əsas istiqamətlər barədə millət vəkili ilə fikir mübadilələri aparılacaq.
Qeyd edək ki, AGAT 16 noyabr, 2009-cu ildə Cənubi Qafqazda ilk dəfə olaraq Azərbaycanda yaşayan milli icma və xalqların gənclər təşkilatlarının Koordinasiya Şurasını yaratmışdır. Koordinasiya Şurasında ölkəmizdə yaşayan yunan, yəhudi, türk, tatar, rus, ukrayna və polşa xalqlarının gənclər təşkilatları təmsil olunurlar. Məqsədimiz isə tolernatlığı, dinlər və mədəniyyətlər arası əlaqələri inkişaf etdirmək istiqamətində səylər göstərməkdir.