AGAT Bakıda forum keçirəcək

GƏNCLİK
22:29 24.01.2013
1950

Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı (AGAT) yanvarın 28-də “Gənclərin Avrointeqrasiya Modeli” forumu keçirəcək.

Bu barədə AZXEBER.COM-a məlumat verən AGAT sədri Gülsey Səfərova deyib ki, forum Gənclər və İdman Nazirliyinin dəstəyi ilə baş tutacaq.

Tədbirin keçirilməsində məqsəd Azərbaycanın avrointeqrasiya prosesində gənclərin rolunu və aktivliyini aşılamaqdır. Həmçinin Azərbaycanın beynəlxalq imicinin daha da möhkəmlənməsində avrointeqrasiyanın əhəmiyyətini vurğulamaqdır.

Tədbirdə Prezident Administrasiyası, Gənclər və İdman Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin səlahiyyətli nümayəndələri, Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin rəhbəri məruzə edəcək. Eyni zamanda Türkiyə, Fransa, Avropa Birliyi nümayəndəliyi və Rumıniyanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri çıxış edəcək.

Forumda müzakirə olunan mövzular əsasən Avropaya inteqrasiya prosesində Azərbaycanda həyata keçirilən gənclər siyasəti, Avropa təsisatlarında Azərbaycan gəncliyinin aktivliyi, Azərbaycan-NATO əlaqələri, Azərbaycanın Avroatlantik məkanda inkişaf perspektivləri və s.-dir.

Forumda gənclər təşkilatlarının rəhbərləri, diplomatik korpusun nümayəndələri və KİV-lər iştirak edəcəklər.

Qeyd edək ki, forumun məruzəçilərinin adlı siyahısı 25 yanvarda açıqlanacaq.

OXŞAR XƏBƏRLƏR