AGAT-çılar Dərbənd şəhərinin aparat nümayəndələri ilə görüşdü

GƏNCLİK
02:20 27.08.2014
3546

Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı (AGAT) 26 avqust 2014-cü il tarixində Rusiya Federasiyası, Səməd Vurğunun Ev Muzeyində Dağıstan Respublikasının Dərbənd şəhərinin aparat nümayəndələri ilə görüş keçirdi.

Tədbiri giriş sözü ilə açan layihə koordinatoru Nadir Məhbubi-İran qonaqları salamladı və sözü AGAT-ın sədr müavini Nərgiz Xələfə verdi.

Dərbənd və Bakı gəncləri arasında inteqrasiyanı daha da gücləndirmək və Azərbaycan lobbisinin Dərband şəhərindəki inkisafina nail olmaq kimi məqsəd daşıyan layihə haqqında məlumat verən Nərgiz Xələf eyni zamanda AGAT və onun nəzdnində yaradılan Koordinasiya Şurası haqqında geniş məlumat verdi. Daha sonra Dərbənd Rayon İcra Hakimiyyəti nümayəndəsi Gülmaqomedov Pənah Əlimuradoviç Dərbənd Rayon İcra Hakimiyyətinin başçısı Qurban Qurbanzadənin AGAT heyətini salamlayan rəsmi məktubunu oxudu. Dərbənd Rayon aparat nümayəndəsi Adil Bayramov da öz növbəsində Dərbənd və Azərbaycan gəncləri arasında inteqrasiyanın daha da gücləndirilməsinə xidmət edən layihədən məmnunluğunu bildiərək AGAT -a dərin minnətdarlığını çatdırdı.

Daha sonra qonaqlar və AGAT nümayəndələri Səməd Vurğunun Ev Muzeyinə ekskursiya edərək tarixi məqamlara toxunan müzakirələr apardılar.

Qed edək ki, Dərband şəhərinin aparat nümayəndələri dörd gün ərizində Bakı şəhərinin qonağı olacaqlar və Azərbaycan mədəniyyəti ilə bağlı məkanlara ekskursiya edəcəklər.

OXŞAR XƏBƏRLƏR