Fransa sülhün, demokratiyanın, insan hüquqlarının əsas təminatçısı olan qüdrətli dövlətdır. Qeyd olunan bu dəyərlər Fransanın daxili və xarici siyasətinin əsas prioritetlərindən birini təşkil edir. Bütün bunlar dünya demokratiyasına xidmət edən təqdirəlayiq və alqışlanacaq strategiyadır. Lakin AGAT olaraq biz, Fransa hökumətinin regiona və insan hüquqları ideyasına böyük zərbə vuran qondarma erməni soyqırımının parlament səviyyəsində qəbul olunmasından narazıyıq. Fransa Senatı qondarma “erməni soyqrımı”nı inkara görə cəza tətbiq edilməsi ilə bağlı qanun layihəsini yanvarın 24-də müzakirə etməsi bizdə ciddi narahatlıq hissi doğurur. Çünki Fransa Ermənistan-Azərbaycan Dağlıq Qarabaq münaqişəsinin sülh yolu ilə nizama salınmasında ATƏT-in Minsk qrupunun həmsədrlərindən biridir. Belə olan halda bu münaqişənin Fransa tərəfindən birmənalı mövqeyi aydın olur. Biz təşkilat olaraq demokratiya və regionda sülhün-əmin-amanlağın bərpa olunması istiqamətində mütəmadi işlər aparırıq. Avropa demokratik dəyərləri fəaliyyətimizdə nümunədir.
Lakin təşkilatımızın belə qərarı və cəriməni irqi ayrıseçklik və beynəlxalq hüquq normalarından kənar hesab edir. Ona görə də Azərbaycan gəncliyi olaraq bu qərarın icrasının dayandırılmasını tələb edir, əks halda Fransanın ATƏT-in Minsk qrupunda həmsədrlik vəzifəsini düzgün və ədalətli icra edəciyi şübhə altına düşəcəkdir.