Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının sədri və idarə heyəti Almaniya səfirliyinin birinci katibi Frederik Hanke və Aytəkin Məhərrəmli ilə görüş keçirib.
AZXEBER.COM xəbər verir ki, görüş çərçivəsində AGAT-ın fəaliyyəti, layihələri və vətəndaş cəmiyyətinə töhfəsi barədə danışılıb.Frederik Hanke öz növbəsində ölkəmizdə aktiv təşkilatların olmasında məmnun olduğunu bildirib:“Mən güclü vətəndaş cəmiyyəti və Avropaya inteqrasiya üçün yaradıcı və enerjili gənc xanımların komandasına heyran oldum”AGAT sədri Gülsel Səfərova təşkilatın fəaliyyətindən sonra ölkədə aparılan uğurlu dövlət gənclər siyasəti barədə fikirlərini bölüşüb. Daha sonra görüş idarə heyətinin üzvləri və departament rəhbərlərinin arasında diskussiya şəklində davam edib.