AGAT və BMT festival keçirəcək

GƏNCLİK
15:33 20.02.2012
1485
Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı (AGAT), BMT-nin İctimai İnformasiya Departamentinin (UN DPİ) Azərbaycandakı nümayəndəliyi ilə birlikdə AGAT nəzdində yaradılan Milli İcmaların Koordinasiya Şurasının iştirakı ilə Beynəlxalq Ana Dili Gününə həsr olunmuş “Dil və Mədəniyyət” Festivalı keçirəcək.Tədbir fevralın 21-də saat 15:00-da Səttar Bəhlulzadə adına Mərkəzi Sərgi Salonunda (Üzeyir Hacıbəyov küçəsi, 27 – Hökumət Evinin arxasında) baş tutacaq. N.Eyvazova deyib ki, tədbirdə AGAT nəzdində yaradılan Milli İcmaların Koordinasiya Şurasına daxil olan rus, ukrayna, yəhudi, tatar, yunan, türk və polşa gənclər təşkilatlarının nümayəndələri şeir, mahnı, səhnəcik, rəqslər, təqdimatlar və s. bu kimi vasitələrlə öz dillərini nümayiş etdirəcək, milli mətbəxlərdən təamlar hazırlayacaq və mədəniyyətlərinin atributu olan milli geyimlərini nümayiş etdirəcəklər. Tədbirdə Prezident Administrasiyası, müxtəlif səfirlik, millət vəkilləri, Gənclər və İdman Nazirliyi, Ombudsman Aparatı, o cümlədən BMT-nin bir sıra agentliklərindən qonaqların iştirakı nəzərdə tutulur.

OXŞAR XƏBƏRLƏR