Ahısqa türklərinin öz vətənləri olan Gürcüstanın Ahısqa şəhəri, Abastuban, Adıgön, Aspinza, Axılkelek, Azqur, Xırtız qəsəbələri və 200-ə yaxın kəndindən sürgün edilməsindən 68 il ötür. Məlumata görə, 1944-cü ildə Stalinin göstərişi ilə 90 538 Ahısqa türkü 2 saat ərzində qatarlara mindirilərək gedəcəkləri yerə çatana qədər aşağıya düşməmək şərti ilə yük vaqonlarında Qazaxıstan, Qırğızıstan və Özbəkistana sürgün ediliblər. Bəzi məlumatlara görə, qeyri-insani şərtlərlə 6 həftə davam edən səfər vaxtı 17 000 Ahısqa türkü dözülməz şəraitdə ölüb.