Aida Mahmudova: 'Biz əminik ki, respublikanın mənəvi gələcəyinə laqeyd olmayan digər rəhbərlər də bu təşəbbüslərə etinasız qalmayacaq' - FOTO

Aida Mahmudova:
MƏDƏNİYYƏT
15:45 05.02.2013
2403
Fevralın 5-də “YARAT!” Müasir İncəsənət Məkanı ölkəmizin aparıcı dövlət qurumlarının, kommersiya və qeyri-hökumət təşkilatlarının müasir Azərbaycan incəsənətinin inkişafına kömək etmək barədə təşəbbüslərini dəstəkləyən sənəd qəbul edib. “YARAT!” Müasir İncəsənət Məkanından AzərTAc-a bildirilib ki, məqsədi müasir Azərbaycan incəsənətini dəstəkləmək, onu ölkədə və xaricdə layiqincə təqdim etmək olan bu qeyri-kommersiya təşkilatı 2013-cü ildə təşkil olunacaq müxtəlif proqramlarda iştirak etmək istəyən sponsorların istəyini tamamilə dəstəkləyir. Sənəddə qeyd edilir ki, 2012-ci ildə sponsorlar Azərbaycan müasir incəsənətinin inkişafına əhəmiyyətli dərəcədə kömək göstərmişlər.“YARAT!”ın dostları sırasına daxil olan Azərbaycanın aparıcı dövlət orqanları və kommersiya, qeyri-hökumət təşkilatları, o cümlədən Heydər Əliyev Fondu, “İçərişəhər” Dövlət-Tarix Memarlıq Qoruğu İdarəsi, Gənclər və İdman, Mədəniyyət və Turizm nazirlikləri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, “Azercell Telecom”, “Bakcell Telecom”, “Bank Respublika”, “PASHA Holding”, ”Silk Way Travel”, “Rapid Solutions”, “İtaldizayn” təşkilatın gənc istedadlar axtarışını və onlara dəstəyini, Azərbaycan müasir incəsənətinin müxtəlif sahələrində onların layiqincə təqdim edilməsi üçün göstərdiyi cəhdləri, həmçinin göstərilən maliyyə dəstəyini yüksək qiymətləndirirlər.“YARAT!”ın fəaliyyəti 2011-ci ilin oktyabrında “Ön söz” layihəsindən başlanmış, müasir incəsənət sahəsindəki proqramlar 2012-ci ilin dekabrın sonunadək davam etmişdir. 2012-ci ildə “YARAT!” ölkəmizdə və xaricdə müasir incəsənətin müxtəlif istiqamətləri üzrə 18-dən çox sərgi, festival, seminar, ustad dərsləri və başqa maarifləndirici tədbirlər təşkil etmişdir. Bu tədbirlər çərçivəsində həm yerli, həm də əcnəbi iştirakçılar öz işlərini təqdim etmişlər.Təşkil edilən layihələr Ramal Kazımov, Vüsal Rəhim, Sitarə İbrahimova, Rəşad Ələkbərov, Rəşad Babayev, Niyaz Nəcəfov, Mehdi Məmmədov, Nəzrin Məmmədova, Əli Həsənov, Orxan Hüseynov və bir çox başqa proqram iştirakçılarının özlərini ifadə və nailiyyətlər əldə etmələrinə böyük dəstək olmuşdur.“YARAT!” Müasir İncəsənət Məkanı gələcəkdə də Azərbaycan müasir incəsənətinin gənc nümayəndələrinin istisna olmadan hamısını dəstəkləyəcək, özünü ifadə etmək, ustalığını artırmaq və tanınmaq üçün onlara hər cür şərait yaradacaqdır.Ötən ilin yekunlarına həsr olunmuş mərasimdə “YARAT!”ın rəhbəri və yaradıcısı Aida Mahmudova demişdir: “Müasir incəsənət tədbirlərinin planlaşdırılması və uğurla həyata keçirilməsi prosesi peşəkar, emosional, fiziki və maddi səylər tələb edir, könüllü olaraq bu işə qoşulan insanların, həmçinin sponsorların və xeyriyyəçilərin sədaqətlə çalışması sayəsində reallaşır. Eyni zamanda, istənilən cəmiyyətin düşüncəli vətəndaşı üçün incəsənətin, xüsusən müasir incəsənətin inkişafına kömək etmək alicənablıqdır. Orta və iri kommersiya və qeyri-kommersiya təşkilatları adi vətəndaşlardan onunla fərqlənirlər ki, onların cəmiyyətdəki vəzifələri və gördükləri işdən savayı, həmin cəmiyyət qarşısında həm də sosial vəzifələri vardır.Sevindirici haldır ki, Azərbaycanda həm vətəndaş mövqelərini ifadə edən, həm də cəmiyyət qarşısında olan sosial vəzifələrini fəal və layiqincə icra edən alicənab rəhbərlər çoxdur. 2012-ci ildə olan bütün nailiyyətlərimiz onların iştirakı və dəstəyi olmadan mümkünsüz olardı.Biz sponsorlarımıza - aparıcı dövlət orqanları və kommersiya təşkilatlarına təşəbbüslərimizin reallaşmasına göstərdikləri marağa və dəstəklərinə görə dərin minnətdarlığımızı bildiririk. Biz 2013-cü ildə qarşımızda qoyduğumuz ümumi məqsəd - gənc azərbaycanlı istedadlarının axtarışı və onların dəstəklənməsi, Azərbaycanın müasir incəsənət dünyasına həm gənc, həm də yaşlı nəslin cəlb edilməsi naminə bərabər çalışacağımızı səbirsizliklə gözləyirik.Biz əminik ki, respublikanın mənəvi gələcəyinə laqeyd olmayan digər rəhbərlər də bu təşəbbüslərə etinasız qalmayacaq və Azərbaycanın yüksək standartlı müasir incəsənət ölkəsinə çevrilməsi üçün fəal xeyriyyəçilik addımlarını atacaqlar”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Gənclər niyə televiziya telekanallarına baxmır? - Media ekspertlərindən açıqlama
15:35 30.07.2026
Gənclər niyə televiziya telekanallarına baxmır? - Media ekspertlərindən açıqlama
DİN-dən növbəti əməliyyat: 57 kiloqram narkotik və 1981 həb müsadirə edildi
15:07 30.07.2026
DİN-dən növbəti əməliyyat: 57 kiloqram narkotik və 1981 həb müsadirə edildi
Azərbaycanlı gənc tədqiqatçının elmi məqaləsi Scopus indeksli beynəlxalq hüquq jurnalında dərc olunub
15:04 30.07.2026
Azərbaycanlı gənc tədqiqatçının elmi məqaləsi Scopus indeksli beynəlxalq hüquq jurnalında dərc olunub
Ermənistanda Nazirlər Kabineti istefa verir, bundan sonra nə olacaq? - Erməni jurnalistdən açıqlama
14:49 30.07.2026
Ermənistanda Nazirlər Kabineti istefa verir, bundan sonra nə olacaq? - Erməni jurnalistdən açıqlama
Avqustda rekord istilər gözlənilir: Temperatur 42 dərəcəyədək yüksələcək
14:34 30.07.2026
Avqustda rekord istilər gözlənilir: Temperatur 42 dərəcəyədək yüksələcək
Mərdəkanda dənizdə batan yeniyetmənin meyiti tapıldı
14:28 30.07.2026
Mərdəkanda dənizdə batan yeniyetmənin meyiti tapıldı
Əməkdar artistlə bağlı üzücü xəbər
14:12 30.07.2026
Əməkdar artistlə bağlı üzücü xəbər
Pakistanda bina çökdü: Ölən və yaralananlar var
14:09 30.07.2026
Pakistanda bina çökdü: Ölən və yaralananlar var
Xoşqədəm Hidayətqızı Rauf Arifoğlu haqda yazdı
13:59 30.07.2026
Xoşqədəm Hidayətqızı Rauf Arifoğlu haqda yazdı
Azercell-in dəstəklədiyi gənc paralimpiyaçılar beynəlxalq arenada 34 medal qazanıblar
13:56 30.07.2026
Azercell-in dəstəklədiyi gənc paralimpiyaçılar beynəlxalq arenada 34 medal qazanıblar
Pulunu artırmaq istəyənlər nəyə üstünlük verməlidir? - İqtisadçı açıqladı
13:41 30.07.2026
Pulunu artırmaq istəyənlər nəyə üstünlük verməlidir? - İqtisadçı açıqladı
Fransada güclü istilər: 21 bölgədə narıncı həyəcan siqnalı
13:30 30.07.2026
Fransada güclü istilər: 21 bölgədə narıncı həyəcan siqnalı
Azərbaycanda bu saytlara məhdudiyyət qoyulacaq
13:05 30.07.2026
Azərbaycanda bu saytlara məhdudiyyət qoyulacaq
Dövlət qurumunun vəzifəli şəxslərinə xüsusi telefonlar veriləcək
13:04 30.07.2026
Dövlət qurumunun vəzifəli şəxslərinə xüsusi telefonlar veriləcək
“Natiqlik mədəniyyətinin regionlarda təbliği” layihəsi çərçivəsində ilk tədbir Ağsuda keçirildi – FOTOLAR
13:02 30.07.2026
“Natiqlik mədəniyyətinin regionlarda təbliği” layihəsi çərçivəsində ilk tədbir Ağsuda keçirildi – FOTOLAR
Veysəloğlunun dəstəyi ilə “Zəfər” düşərgəsi yekunlaşdı - FOTOLAR
12:58 30.07.2026
Veysəloğlunun dəstəyi ilə “Zəfər” düşərgəsi yekunlaşdı - FOTOLAR