“Ailəmi başıma yığıb oturacam evdə. Vəssalam”

“Ailəmi başıma yığıb oturacam evdə. Vəssalam”
Bütün Xəbərlər
21:05 16.11.2011
1834

“Gözləyirəm ki, mənə desinlər Azərbaycana qayıdıb vətəndə yaşa, sənə dəyib toxunan olmayacaq”

“Sabiq prezidentin, onun ailə üzvlərinin təminatını nəzərdə tutan qanun tam qəbul olunandan, imzalanıb qüvvəyə minəndən sonra Azərbaycana qayıdacam”. AZXEBER.COM xəbər verir ki, Rusiya paytaxtı Moskvada yaşayan Azərbaycanın eks-prezidenti, Sosial Demokrat Partiyanın həmsədri Ayaz Mütəllibov noyabrın 16-da “Media forum” saytına belə deyib. A.Mütəllibov bildirib ki, gələcəklə bağlı heç bir planı yoxdur: “Heç nə planlaşdırmıram, yalnız gözləyirəm. Onu gözləyirəm ki, mənə desinlər Azərbaycana qayıdıb vətəndə yaşa, sənə dəyib toxunan olmayacaq”. Eks-prezidentin sözlərinə görə, Azərbaycana qayıdandan sonra fəal siyasətlə məşğul olmayacaq: “Azərbaycana qayıdıb ailəmi başıma yığıb oturacam evdə. Vəssalam”. A.Mütəllibov hesab edir ki, sabiq prezidentlər haqqında qanunun qəbul olunması Azərbaycanın demokratiya istiqamətində atdığı mühüm addımdır: “Bu, referendumda xalqın səs verib qəbul etdiyi və konstitusiyada nəzərdə tutulan məsələdir. Hesab edirəm ki, eks-prezidentlərin statusunu müəyyənləşdirən qanun olmalıdır. Burada təkcə Ayaz Mütəllibovdan söhbət getmir və bu yalnız mənə verilən status deyil. Bu, ümumi bir qanundur və o, Azərbaycan prezidenti vəzifəsini tutmuş və gələcəkdə tutacaq hər bir şəxsə aid olacaq. Bəzi adamlar məsələnin mahiyyətindən yayınmağa, bu qanunun yalnız Ayaz Mütəllibova aid olduğuna dair fikir formalaşdırmağa çalışır, məsələni şəxsi prizmadan və qərəzli şəkildə şərh edir. Azərbaycanda eks-prezidentlərin statusunu müəyyənləşdirən qanunun qəbul olunması demokratikləşmə istiqamətində mühüm bir addımdır. Əlbəttə, həm də mənə şamil olunduğuna görə bu qanundan razıyam. Bu qanun mənim 20 ildir çəkdiyim iztirablara son qoyur”. “Azərbaycan Respublikasının keçmiş prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında” konstitusiya qanunu layihəsi Milli Məclisdə üç oxunuşda qəbul olunub. Konstitusiya qanunu olduğuna görə layihə altı aydan sonra təkrar səsverməyə çıxarılacaq. 1988-1990-cı illərdə Azərbaycan Nazirlər Sovetinin sədri olan Ayaz Mütəllibov 1990-cı ilin yanvarında Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilərək respublikaya rəhbərlik etməyə başlayıb. Həmin ilin mayında parlamentin qərarı ilə respublika prezidenti seçilib. 1991-ci ilin sentyabrında ümumxalq səsverməsində Azərbaycan Respublikasının ilk prezidenti olub. 1992-ci ilin martında istefa verib. Həmin il mayın 14-də parlamentin qərarı ilə kürsüsünə qaytarılıb, ancaq bir gün sonra yenidən istefaya göndərilib. Bundan sonra A.Mütəllibov ölkəni tərk edərək Rusiya paytaxtı Moskvaya yollanıb. Azərbaycanda onun haqqında cinayət işləri qaldırılıb.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Gələn həftə havanın temperaturu 30 dərəcəyədək yüksələcək
17:21 14.03.2025
Gələn həftə havanın temperaturu 30 dərəcəyədək yüksələcək
Elton müəllim olmaq üçün rəsmi şəkildə müraciət edəcək
17:17 14.03.2025
Elton müəllim olmaq üçün rəsmi şəkildə müraciət edəcək
Novruz səyahətində "Nar" rouminqi ilə sevdiklərinə yaxın ol!
17:16 14.03.2025
Novruz səyahətində "Nar" rouminqi ilə sevdiklərinə yaxın ol!
Paşinyan Putini Bakı ilə razılaşdırılmış sülh sazişi layihəsi barədə məlumatlandırıb
17:12 14.03.2025
Paşinyan Putini Bakı ilə razılaşdırılmış sülh sazişi layihəsi barədə məlumatlandırıb
ABŞ Ermənistan və Azərbaycanı sülh sazişini tezliklə imzalamağa çağırıb
17:05 14.03.2025
ABŞ Ermənistan və Azərbaycanı sülh sazişini tezliklə imzalamağa çağırıb
Respublika Endokrinoloji Mərkəzin rəhbərliyinə cinayət işi açıldı
16:59 14.03.2025
Respublika Endokrinoloji Mərkəzin rəhbərliyinə cinayət işi açıldı
Range Rover Tur: Qar Fırtınasında Unudulmaz Səyahət!
16:57 14.03.2025
Range Rover Tur: Qar Fırtınasında Unudulmaz Səyahət!
Azərbaycanda qadınlar niyə bu qədər boşanmağa meyllidir? - VİDEOSORĞU
16:53 14.03.2025
Azərbaycanda qadınlar niyə bu qədər boşanmağa meyllidir? - VİDEOSORĞU
"Təhsil mühiti olanda insanlar axınla bölgələrə gedəcəklər" - Deputat tıxacdan danışdı
16:49 14.03.2025
"Təhsil mühiti olanda insanlar axınla bölgələrə gedəcəklər" - Deputat tıxacdan danışdı
Yalan diaqnoz qoyan həkimlər barədə yoxlamalar başladı - Vəzifəli şəxslər istintaqa cəlb olundular
16:44 14.03.2025
Yalan diaqnoz qoyan həkimlər barədə yoxlamalar başladı - Vəzifəli şəxslər istintaqa cəlb olundular
Yaz fəsli Azərbaycana bu vaxt daxil olacaq
16:40 14.03.2025
Yaz fəsli Azərbaycana bu vaxt daxil olacaq
Zahid Oruc: "Tikinti şirkətləri vətəndaşları ömürlük kirayənişinə çeviriblər"
16:31 14.03.2025
Zahid Oruc: "Tikinti şirkətləri vətəndaşları ömürlük kirayənişinə çeviriblər"
​“Evi sökülən vətəndaşa 80-100 min verilir, amma bazarda qiymət 200 mindir”
16:18 14.03.2025
​“Evi sökülən vətəndaşa 80-100 min verilir, amma bazarda qiymət 200 mindir”
“City Garden Narimanov”da qısa müddətdə təhvil veriləcək mənzillər faizsiz kreditlə!
16:16 14.03.2025
“City Garden Narimanov”da qısa müddətdə təhvil veriləcək mənzillər faizsiz kreditlə!
Magistraturaya qəbul nəticələri - Maksimum 97.5 bal toplanıldı
16:09 14.03.2025
Magistraturaya qəbul nəticələri - Maksimum 97.5 bal toplanıldı
Bukmekerlərin proqnozuna görə İsveç yenidən qalib olacaq
16:04 14.03.2025
Bukmekerlərin proqnozuna görə İsveç yenidən qalib olacaq