Ötən gecə Tərtər rayonunda düşmənin hücumunu dəf edərkən şəhid olan Vüqar Hidayət oğlu Poladovun cənazəsi ailəsinə verilib.
APA TV-nın qərb bürosuna verilən məlumata görə, cəbhə bölgəsində şəhid olan Tovuz rayon Yuxarı Öysüzlü kənd sakini 1995-ci il təvəllüdlü Vüqar Hidayət oğlu Poladov doğulduğu kənddə dəfn edilib.
Mərasimdə əsgərin xidmət etdiyi hərbi hissəsinin komandir və zabit heyəti, Tovuz rayon İcra Hakimiyyətinin, hüquq mühafizə orqanlarının, Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Tovuz rayon Şöbəsinin nümayəndələri, kənd sakinləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib. Yaylım atəşindən sonra şəhid torpağa tapşırılıb.
Vüqar Poladov ötən ilin aprel ayında hərbi xidmətə çağrılıb. O, ailənin tək oğlan övladı olub.
Allah rəhmət eləsin !