Fransanın "Air France" aviaşirkəti Yaxın Şərqdə davam edən münaqişə fonunda Ər-Riyada (Səudiyyə Ərəbistanı) öz reyslərinin dayandırılması qərarını dekabrın 12-dək uzadıb.
AZXEBER.COM xəbər verir ki, bu barədə şirkətin məlumatında bildirilib.
"Təhlükəsizlik sahəsində dəyişən vəziyyətlə əlaqədar olaraq Ər-Riyada və geriyə reyslər 2026-cı il dekabrın 12-si də daxil olmaqla dayandırılır", - məlumatda qeyd olunub.
Bundan əlavə, Dubaya və geriyə reyslər noyabrın 7-dək dayandırılmış olaraq qalır.











































