"Ağır xəstəliyə düçar olmuşam” - Həbsdəki müğənni

"Ağır xəstəliyə düçar olmuşam” - Həbsdəki müğənni
SOSİAL
21:49 31.08.2022
2070
Hədə-qorxu ilə tələbetmə əməlində təqsirli bilinərək 3 il müddətə həbs cəzasına məhkum edilmiş müğənni Amid Sədanın apellyasiya şikayətinə baxılıb.
 
Sfera.az-ın məlumatına görə, sevgilisinə hədə-qorxu gələrək ondan 1500 manat pul və 700 manat dəyərində mobil telefonunu aldığına görə Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələbetmə) maddəsi ilə məhkum edilmiş gənc müğənninin şikayəti təmin edilməyib. Sumqayıt Apellyasiya Məhkəməsi ona təyin edilmiş cəzanı qüvvədə saxlayıb.

Apellyasiya Məhkəməsində Amid Səda ağır xəstəliyə düçar olduğunu və ondan şikayət etmiş xanımla barışmasını birinci instansiya məhkəməsinin nəzərə almadığını bildirib.

Qeyd edək ki, Ağcabədi rayon sakini olan 2002-ci il təvəllüdlü Amid Səda bir müddət əvvəl "TikTok” sosial şəbəkəsində Lalə (şərti adlı) adlı qızla tanış olub və onların arasında sevgi münasibəti yaranıb. Onlar müxtəlif yerlərdə görüşüblər. Ötən ilin sonlarında isə Amid Laləni şantaj edərək onun intim görüntülərini sosial şəbəkələrdə yayacağını bildirib və 2 min manat tələb edib. Qohumları və tanışları arasında rüsvay olacağını düşünən gənc qız keçmiş sevgilisinin hədələrinin real olduğunu düşünərək Abşeron rayonu Mehdiabad qəsəbəsi Gənclər şəhərciyində onunla görüşərək 1500 manat pul və 700 manat dəyəri olan "Samsung” markalı mobil telefonunu ona verib.

Abşeron Rayon Məhkəməsinin 3 iyun 2022-ci il tarixli hökmü ilə Amid Sədaya 3 il müddətə həbs cəzası verilib

A. Səda gənc müğənni kimi populyarlıq qazanıb, onun yutub platformasında yerləşdirdiyi mahnı və kliplərinə yüz minlərlə baxış gəlib. (Qafqazinfo)
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Gənclər üçün biznes təlimləri təşkil olundu - Foto
12:07 08.06.2026
Gənclər üçün biznes təlimləri təşkil olundu - Foto
İran İnqilab Keşikçiləri: Hayfadakı sənaye obyektlərini hədəf aldıq
12:04 08.06.2026
İran İnqilab Keşikçiləri: Hayfadakı sənaye obyektlərini hədəf aldıq
Sosial mediada yeni dövr: 16–18 yaş qrupu üçün qaydalar müəyyən olunur
11:55 08.06.2026
Sosial mediada yeni dövr: 16–18 yaş qrupu üçün qaydalar müəyyən olunur
İran XİN: İsrailin hücumlarına görə ABŞ məsuliyyət daşıyır
11:53 08.06.2026
İran XİN: İsrailin hücumlarına görə ABŞ məsuliyyət daşıyır
Azərbaycanda 50 min manatadək yeni cərimələr müəyyənləşir
11:44 08.06.2026
Azərbaycanda 50 min manatadək yeni cərimələr müəyyənləşir
Həyat yoldaşını ən yaxın dostu hesab edənlər daha xoşbəxtdir - ARAŞDIRMA
11:28 08.06.2026
Həyat yoldaşını ən yaxın dostu hesab edənlər daha xoşbəxtdir - ARAŞDIRMA
Bakıda üç yaşlı körpə 8-ci mərtəbədən yıxıldı
11:28 08.06.2026
Bakıda üç yaşlı körpə 8-ci mərtəbədən yıxıldı
Məşhur rusiyalı repçi yəhudiliyi qəbul etdi, adını dəyişdi
11:20 08.06.2026
Məşhur rusiyalı repçi yəhudiliyi qəbul etdi, adını dəyişdi
Əhaliyə xəbərdarlıq: Bu gündən başlayır, üç gün davam edəcək...
11:19 08.06.2026
Əhaliyə xəbərdarlıq: Bu gündən başlayır, üç gün davam edəcək...
Paşinyan: "Üçbaşlı müharibə partiyası" darmadağın edildi
11:14 08.06.2026
Paşinyan: "Üçbaşlı müharibə partiyası" darmadağın edildi
İsrail–İran gərginliyi: üç hava limanında bütün reyslər ləğv olundu
11:11 08.06.2026
İsrail–İran gərginliyi: üç hava limanında bütün reyslər ləğv olundu
“Paşinyanın qələbəsi Rusiyanın təsirinin zəiflədiyini göstərir” - Ekspert
11:07 08.06.2026
“Paşinyanın qələbəsi Rusiyanın təsirinin zəiflədiyini göstərir” - Ekspert
Paşinyan: Ermənistan yaxın vaxtlarda Azərbaycanla sülh müqaviləsini imzalamaq niyyətindədir
10:57 08.06.2026
Paşinyan: Ermənistan yaxın vaxtlarda Azərbaycanla sülh müqaviləsini imzalamaq niyyətindədir
Bank Respublika “Ağır ol, qazan!” lombard kredit kampaniyasına start verdi
10:45 08.06.2026
Bank Respublika “Ağır ol, qazan!” lombard kredit kampaniyasına start verdi
Yeni həftədə bürcləri nələr gözləyir? – Həftəlik astroloji proqnoz
10:25 08.06.2026
Yeni həftədə bürcləri nələr gözləyir? – Həftəlik astroloji proqnoz
“Kontakt” Qarabağa addım atır: Xankəndidə ilk mağaza açılır
10:24 08.06.2026
“Kontakt” Qarabağa addım atır: Xankəndidə ilk mağaza açılır