Ağır yol qəzası: 2 nəfər öldü, 4 nəfər yaralandı

Ağır yol qəzası: 2 nəfər öldü, 4 nəfər yaralandı
Bütün Xəbərlər
14:05 20.05.2013
893

Bakıda sərnişin avtobusunun iştirakı ilə daha bir qəza baş verib.

Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindənverilən məlumata görə, hadisə mayın 18-də 28 May küçəsi ilə K.Səfərəliyeva küçələrinin kəsişməsində qeydə alınıb.Belə ki, Samir Məmmədovun idarə etdiyi “Daewoo” markalı avtobusla Pənah Əliyevin idarə etdiyi “Mersedes” markalı avtomobil toqquşub.Nəticədə, P.Əliyev və sərnişinləri Pavel Papov hadisə yerində ölüb, digər sərnişinlər Ramin Həsənov, Elman Qafarov, Nailə Kərimova və avtobusun sərnişini İradə Hüseynova xəstəxanaya yerləşdiriliblər.Faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR