Ağır yol qəzası 44 yaşlı qadının həyatına son qoydu

Ağır yol qəzası 44 yaşlı qadının həyatına son qoydu
Bütün Xəbərlər
07:51 01.10.2012
961
Bakının Nəsimi rayonunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Qəza Vaqif prospekti ilə Xan Şuşinski küçələrinin kəsişməsində qeydə alınıb. Hadisə zamanı Əliyev Sərdar Əkbər oğlunun idarə etdiyi “Mercedes” markalı avtomaşınla Səttaraov Anar Nuru oğluna məxsus “Hyundai” markalı nəqliyyat vasitəsi toqquşub. Nəticədə “Mercedes”də olan bir nəfər sərnişin – 44 yaşlı Əliyeva Svetlana Mirzə qızı ağır bədən xəsarətləri alaraq 1 saylı şəhər klinik xəstəxanasına çatdırılırsa da onun həyatını xilas etmək mümkün olmayıb.
Nəsimi rayon polis idarəsinin müstəntiqi Müşfiq Qubadovun verdiyi məlumata görə, Vaqif prospekti ilə hərəkətdə olan “Mercedes” markalı avtomaşın Xan Şuşinski küçəsi ilə kəsişən yola daxil olan zaman “Hyundai”ın sürücüsü gözləmə nişanının tələbini pozaraq qəfildən onun yoluna çıxıb. Bu zaman toqquşma qaçılmaz olub.
Hadisə yerində Nəsimi rayon polis idarəsinin əməkdaşları tərəfindən araşdırma aparılıb. Faktla bağlı idarənin istintaq şöbəsində cinayət məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Artıq qəzanın iştirakçısı olan sürücülərin izahatları da alınıb. Hadisənin dəqiq baş vermə səbəbləri isə təyin ediləcək ekspertizaların rəyindən sonra bəlli olacaq.
OXŞAR XƏBƏRLƏR