Ağır yol qəzası: 5 nəfər yaralandı - FOTOLAR

Ağır yol qəzası: 5 nəfər yaralandı - FOTOLAR
Bütün Xəbərlər
11:17 19.06.2013
962
Bu gecə Cəlilabad rayonunda 5 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.Qəza Ələt-Astara magistralının 116–cı km-nin Cəlilabad rayonundan keçən hissəsində qeydə alınıb. Bakı sakini Sadıq Fərhadov mişar daşı ilə dolu “Kamaz” markalı yük abtomobililə Astra istiqamətində hərəkət edərkən qarşıdan gələn Astara sakini Rəsulov Eldar Nəcəfəli oğlunun idarə etdiyi “Mercedes” markalı maşınla toqquşub. Nəticədə “Kamaz” yolun kənarında hərəkətsiz halda dayanmış eyni markalı digər yük abtomobilinə çırpılıb.Qəza zamanı “Mercedes”in sürücüsü də daxil olmaqla, Astra rayonundan olan sərnişinlər xəsarət alıb. Xəsarət alan Cavanşir Ağayev, Beyrək Seyfullazadə, Nəhməd Eyvazov və Sərxan Rəhmanov ağır vəziyyətdə Biləsuvar rayon Mərkəzi Xəstəxanaya çatdırılıb.Avtoqəzanın “Kamaz”ın sürücüsü Sadiq Fərhadovun qarşı tərəfdən gələn maşını gözləmədən yolun sol tərəfinə dönməsi səbəbindən baş verdiyi bildirilir.Fatla bağlı Baş Dövlət Yol İdarəsində araşdırma aparılır.//anspress
OXŞAR XƏBƏRLƏR