Ağır yol qəzası 5 nəfərin həyatına son qoydu

Ağır yol qəzası 5 nəfərin həyatına son qoydu
Bütün Xəbərlər
09:13 08.01.2013
1056
Azərbaycanda dəhşətli yol qəzası baş verib. Respublika Baş Dövlət Yol Polisi idarəsindən verilən məlumata görə, qəza Şəmkir rayonu ərazisində qeydə alınıb. Qırmızıkörpü-Bakı xətti ilə hərəkət edən avtobus qarşıdan gələn VAZ 2106 markalı avtomobillə toqquşub. Sürətini saxlaya bilməyən avtobus avtomobilin üstündən keçib.Hadisə nəticəsində VAZ 2106-da olan 5 nəfər ölüb. Məlumata görə, avtobusun sürücüsü hadisə yerində həbs edilib.Faktla bağlı Respublika BDYP-nin istintaq və təhqiqat idarəsində cinayət işi açılıb, araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR