Ağır yol qəzası ata və azyaşlı qızının həyatına son qoydu
Bütün Xəbərlər
08:16 12.11.2012
777
Gecə Bakının Suraxanı rayonu Hövsan qəsəbəsinə gedən yeni yolda biri azyaşlı olmaqla iki nəfərin ölümü ilə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib. Qəza zamanı sürücü Həsənov Fərid Hüseyn oğlunun idarə etdiyi “VAZ 21012” markalı avtomobil yoldan çıxaraq beton parçalarına çırpılıb. Nəticədə sürücü Fərid Həsənov və onun azyaşlı qızı hadisə yerində dünyasını dəyişib.Qeyd edək ki, qəzadan sonra sürücünün meyiti deformasiyaya uğrayan avtobildə qalıb. Bunun üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb edilib. Mərhumun meyitini ancaq avtomobili xüsusi alətlərlə kəsərək çıxarmaq mümkün olub.Bundan sonra isə dünyasını dəyişən şəxslərin meyidi məhkəmə tibbi ekspertiza və pataloji anatomiya birliyinin Suraxanı rayon şöbəsiə göndərilib.Məlumata görə, azyaşlı sərnişin qəzadan əvvəl sürücünün yanında ön oturacqa əyləşibmiş. Bu isə onu göstərir ki, azyaşlıların avtomaşının qabaq oturacağında əyləşməsi qəzaların belə faciəli sonluqla yekunlaşması ilə nəticələnir.