Göyçayda ağır yol qəzası olub.
AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, hadisə noyabrın 19-da saat 23:30 radələrində rayonun Natəvan küçəsində qeydə alınıb.
Belə ki, VAZ-2107 markal avtomobil idarəetmədən çıxaraq yol kənarındakı hasara çırpılıb. Nəticədə nəqliyyat vasitəsində olan 35 yaşlı Vasif İsmayılov ölüb, həmyaşıdı Nurlan Cəbrayılov xəsarət alıb.
N.Cəbrayılov xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.











































