Ağır yol qəzası: xəsarət alanlar var

Ağır yol qəzası: xəsarət alanlar var
Bütün Xəbərlər
09:35 20.12.2012
1027
Ötən gün axşam saatlarında Quba - Qusar yolunun Qubanın Xucbala kəndi ərazisində keçən hissəsində yol nəqliyyat hadisəsi baş verib. Qusar istiqamətində hərəkət edən Quba rayon sakini Faiq Əlimirzəyevin idarə etdiyi 50 CH 488 dövlət nömrə nişanlı “Mersedes” markalı avtomobil əks istiqamətdə hərəkət edən Quba rayon sakini Həkim Babayevin idarə etdiyi 40 BF 557 dövlət nömrə nişanlı “Vaz 21 06” markalı nəqliyyat vasitəsi toqquşub. Qəza nəticəsində “Vaz 21 06”-nın sürücüsü 48 yaşlı H.Babayev və onun sərnişini 41 yaşlı Mehriban Alışova xəsarət alıb. Xəsarət alan şəxslər Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onların vəziyyətinin ağır olduğu bildirilir.Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR