Çağırışçılar xidmət edəcəkləri hərbi hissəni bu saytdan öyrənə bilərlər

Çağırışçılar xidmət edəcəkləri hərbi hissəni bu saytdan öyrənə bilərlər
Bütün Xəbərlər
14:06 30.06.2014
3025

Xüsusi sayt bu gündən fəaliyyətə başladı.

Azərbaycanda iyulun 1-dən 30-dək həqiqi hərbi xidmətə yollanacaq çağırışçılar xidmət edəcəkləri hərbi hissələr barədə məlumatı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəsmi internet saytından öyrənə bilərlər.

AZXEBER.COM APA-yaistinadən xəbər verir ki, SHXÇDX-nin rəsmi saytında bu məqsədlə hazırlanmış bölmə bu gündən aktivləşib.

Vətəndaşlar https://www.seferberlik.gov.az/elektron/militarybölməsinə daxil olaraq, özləri barədə informasiyanı daxil etməklə, xidmət edəcəkləri hərbi hissəni öyrənə biləcəklər.

OXŞAR XƏBƏRLƏR