Xüsusi sayt bu gündən fəaliyyətə başladı.
Azərbaycanda iyulun 1-dən 30-dək həqiqi hərbi xidmətə yollanacaq çağırışçılar xidmət edəcəkləri hərbi hissələr barədə məlumatı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəsmi internet saytından öyrənə bilərlər.
AZXEBER.COM APA-yaistinadən xəbər verir ki, SHXÇDX-nin rəsmi saytında bu məqsədlə hazırlanmış bölmə bu gündən aktivləşib.
Vətəndaşlar https://www.seferberlik.gov.az/elektron/militarybölməsinə daxil olaraq, özləri barədə informasiyanı daxil etməklə, xidmət edəcəkləri hərbi hissəni öyrənə biləcəklər.