Akademik Budaq Budaqov vəfat etdi

Akademik Budaq Budaqov vəfat etdi
Bütün Xəbərlər
16:00 01.11.2012
1343
Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, AMEA Coğrafiya İnstitutunun direktoru Budaq Budaqov vəfat edib.Bu barədə Coğrafiya İnstitutundan bildirilib. Məlumata görə, akademik bu gün günorta saatlarında dünyasını dəyişib.
B. Budaqov 1928-ci il fevralın 28-də Qərbi Azərbaycanın Zəngibasar bölgəsinin Çobankərə kəndində anadan olub. İrəvanda Azərbaycan Dövlət Pedaqoji məktəbində təhsilini davam etdirib (1943-1947). Azərbaycan Dövlət Pedaqoji İnstitutunun coğrafiya fakültəsinə daxil olub. Moskvada SSRİ EA Coğrafiya İnstitutunda aspiranturanı bitirdikdən sonra (1951-1955) "Cənubi-Şərqi Qafqazın şimal yamacının geomorfologiyası" adlı namizədlik (1955) və "Azərbaycanın Böyük Qafqaz hissəsinin geomorfologiyası və yeni tektonikası" adlı doktorluq (1967) dissertasiyalarını müdafiə edib.Azərbaycan Elmlər Akademiyasının Coğrafiya İnstitutunda kiçik elmi işçi (1955-1958), böyük elmi işçi (1958-ci ildən) işləyib. Azərbaycan EA müxbir üzvü (1976) və akademik (1989) seçilmişdir. Ədəbi, elmi yaradıcılığa tələbəlik illərindən başlayıb. Onun elmi əsərləri Azərbaycanda, həmçinin xaricdə – Rusiya, Hindistan, Polşa, Türkiyə və İran elmi və dövri mətbuatlarında çap olunub. "Cənubi-Şərqi Qafqazın geomorfologiyası və yeni tektonikası" (1973) elmi əsəri keçmiş SSRİ Coğrafiya Cəmiyyətinin N.Prjevalski adına qızıl medalına layiq görülüb. Onun yaradıcılığında elmi-kütləvi, elmi-publisistik məzmunlu məqalələr geniş yer tutur. Onun "Ən yüksək zirvələrdə", "Canlı adalar", "Qərq olmuş dağlar", "İki mərtəbəli çay", "Üzən su anbarları", "Coğrafı adlar tarixi abidədir", "Toxunulmaz müqəddəslər" və s. bu səpkidə yazdığı 180-dən artıq elmi-kütləvi və publisistik məqalələri "Elm və həyat", "Azərbaycan təbiəti", "Azərbaycan məktəbi", "Ulduz" jurnallarında, "Sovet Ermənistanı", "Vətən səsi", "Ədəbiyyat və incəsənət" və s. qəzetlərdə dərc edilib.B. Budaqov coğrafi təkanın, sel ocaqlarının təsnifatını verib, təbiətin dağıdıcı hadisələrini sistemləşdirib, Böyük Qafqazın Azərbaycan hissəsinin geomorfologiyasını, yeni tektonik hərəkətlərini, qədim buzlaşmasını öyrənib, ərazinin xəritələrini (1:200000) tərtib edib. İlk dəfə (1956) Qafqazda 3600 m mütləq yüksəklikdə Üst Sarmaq yaşlı dəniz faunasını aşkara çıxarıb. Azərbaycanın təbii və antropogen landşaftını, orada baş verən səhralaşmanı, landşafın geokimyasını öyrənib. İlk dəfə Azərbaycanda təbii-dağıdıcı hadisələrin intensivliyinə görə ekoloji-coğrafi şəraiti tədqiq edib. Aerokosmik üsullarla Böyük və Kiçik Qafqazın şərq hissəsinin morfostruktur quruluşunun qanunauyğunluqları və landşafın differensiasiyası müəyyənləşdirib. İlk dəfə Şərqi Avropada və Asiyada türk mənşəli Ermənistan və Gürcüstanda isə Azərbaycan mənşəli toponimləri öyrənib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycan Prezidenti: "Tramp sülh yolu" bir çox ölkə üçün böyük imkanlar açacaq
00:26 09.08.2025
Azərbaycan Prezidenti: "Tramp sülh yolu" bir çox ölkə üçün böyük imkanlar açacaq
Azərbaycan Prezidenti: Bu gün biz Cənubi Qafqazda sülhü bərqərar edirik
00:25 09.08.2025
Azərbaycan Prezidenti: Bu gün biz Cənubi Qafqazda sülhü bərqərar edirik
Prezident: Azərbaycan Trampın sülhməramlı siyasətini həmişə xatırlayacaq
00:24 09.08.2025
Prezident: Azərbaycan Trampın sülhməramlı siyasətini həmişə xatırlayacaq
Tramp: Ermənistan və Azərbaycan arasındakı müharibə hər iki dövlətə böyük ziyanlar vurub
00:23 09.08.2025
Tramp: Ermənistan və Azərbaycan arasındakı müharibə hər iki dövlətə böyük ziyanlar vurub
İlham Əliyev “907-ci düzəliş”in ləğvinə görə Trampa minnətdarlığını bildirib
00:20 09.08.2025
İlham Əliyev “907-ci düzəliş”in ləğvinə görə Trampa minnətdarlığını bildirib
İlham Əliyev, Donalda Tramp, Nikol Paşinyan üçtərəfli sənəd imzalayıb
00:19 09.08.2025
İlham Əliyev, Donalda Tramp, Nikol Paşinyan üçtərəfli sənəd imzalayıb
"Bir çox vasitəçilər Ermənistan-Azərbaycan münaqişəsinə son qoymaq üçün uğursuz cəhdlər ediblər"
00:17 09.08.2025
"Bir çox vasitəçilər Ermənistan-Azərbaycan münaqişəsinə son qoymaq üçün uğursuz cəhdlər ediblər"
İlham Əliyev: Tramp Qafqaza sülh gətirdi
00:16 09.08.2025
İlham Əliyev: Tramp Qafqaza sülh gətirdi
ABŞ Prezidenti: “Tramp marşrutu” Azərbaycanın Naxçıvana tam çıxışına imkan verəcək
00:15 09.08.2025
ABŞ Prezidenti: “Tramp marşrutu” Azərbaycanın Naxçıvana tam çıxışına imkan verəcək
Tramp: ABŞ və Azərbaycan hərbi əməkdaşlıq qurur
00:12 09.08.2025
Tramp: ABŞ və Azərbaycan hərbi əməkdaşlıq qurur
Tramp: Azərbaycan və Ermənistan liderləri bu gün mühüm sənəd imzalayırlar
00:11 09.08.2025
Tramp: Azərbaycan və Ermənistan liderləri bu gün mühüm sənəd imzalayırlar
ABŞ, Azərbaycan, Ermənistan liderləri üçtərəfli bəyanatla çıxış edirlər - CANLI
00:06 09.08.2025
ABŞ, Azərbaycan, Ermənistan liderləri üçtərəfli bəyanatla çıxış edirlər - CANLI
Üçtərəfli görüş başladı - VİDEO
23:59 08.08.2025
Üçtərəfli görüş başladı - VİDEO
ABŞ ilə Azərbaycan arasında Anlaşma Memorandumu imzalanıb
23:58 08.08.2025
ABŞ ilə Azərbaycan arasında Anlaşma Memorandumu imzalanıb
Trampla Paşinyanın görüşü 20 dəqiqə davam edib
23:50 08.08.2025
Trampla Paşinyanın görüşü 20 dəqiqə davam edib
Tramp: Azərbaycan və Ermənistan arasında uzunmüddətli sülhə əminəm
23:36 08.08.2025
Tramp: Azərbaycan və Ermənistan arasında uzunmüddətli sülhə əminəm