Akademik Rafiq Əliyev bu çıxışına görə işdən çıxarıldı (VİDEO)

Akademik Rafiq Əliyev bu çıxışına görə işdən çıxarıldı (VİDEO)
Bütün Xəbərlər
20:16 05.11.2011
5636
 Akademik Rafiq Əliyev kafedra müdiri olduğu Azərbaycan Dövlət Neft Akademiyasından işdən çıxarılıb. Əldə etdiyimiz məlumata görə, akademikin Ziyalılar Forumunda təmsil olunması ADNA rəhbərliyini narazı salıb. Noyabrın 4-də Ziyalılar Forumunun təşkil etdiyi və ölkədəki ictimai-siyasi durumun ciddi tənqidi ruhunda keçən tədbirə onun aparıcılıq etməsi isə narazılığı pik həddə çatdırıb. Bununla da akademikin işdən çıxarılması haqda qərar verilib.Akademik Əliyev “Azadlıq”ın əməkdaşı ilə söhbətində işdən çıxarıldığını təsdiqləyib. Lakin o, bunun səbəbi barədə danışmayaraq, məsələyə münasibət bildirmək istəmədiyini deyib.Qeyd edək ki, 69 yaşlı professor R.Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, MBA Proqram direktoru, Azərbaycan Dövlət Neft Akademiyası (ADNA) Bakı, Corciya Dövlət Universiteti, Atlanta, ABŞ, BBA Proqram direktoru, ″Lütfi Zadə irsi və Süni intellekt″ Assosiasiyasının prezidentidir.
OXŞAR XƏBƏRLƏR