Akademik Rafiq Əliyev: "Mənə qarşı imza atan BDU müəllimlərini zəlil gününə qoydular"

Akademik Rafiq Əliyev: "Mənə qarşı imza atan BDU müəllimlərini zəlil gününə qoydular"
Bütün Xəbərlər
00:30 17.12.2011
2472
Akademik Rafiq Əliyev “Azadlıq” radiosunun «İşdən sonra» proqramında dinləyicilərin suallarını cavablandırıb. Verilişdən bəzi sitatları diqqətə çatdırırıq:NEFT AKADEMİYASINDAKI VƏZİFƏSİNDƏN ÇIXARILMASI HAQDA - «Söhbət burda vəzifədən kənarlaşdırmaqdan getmədi. Burda söhbət ədalətsizliyə olan reaksiyadan gedirdi. Mən bunu öyrənmək istədim». - «Onlar bu hərəkətləri ilə qıcıq verdilər cəmiyyətə. Bu zor qıcığı idi. Amma cəmiyyət bunu pozitiv qıcıq kimi qəbul etdi. Çünki cəmiyyət ədalət istəyir». - «Hökuməti, nazirləri mən bu söhbətə qatmıram. Çünki qıcığı verən onlar deyildi. Bunu idarəetmə ierarxiyası edirdi». - «Belə bir eksperiment aparıldı ki, görəsən, zor gücünə ziyalını susdurmaq mümkündürmü? Gördülər ki, bu, mümkün deyil».SİYASƏT HAQDA - «Hazırda əsas üsul zor üsuludur, basqı üsuludur. Kim dindi, özünü işdən çıxar, övladını işdən çıxar. Amma bu effekt verməyəcək». - «Heç kim gəlib bizim əvəzimizə burda düzəliş aparmayacaq». - «Xalqın gərək gücü olsun ki, bu problemləri həll edə bilsin. Hər şeyi hakimiyyətin, başqa dövlətlərin üstünə atmaq düzgün deyil». - «Azərbaycanda çox dəbdədir çörək imtahanı».«İstəyirik ki, bizdə hadisələr yumşaq keçsin. Bunun üçün də islahatlar lazımdır».ZİYALILAR FORUMUNA QARŞI İQTİDAR KAMPANİYASI HAQDA - «Mənə qarşı imza atanlara yazığım gəlir. Onları zəlil gününə qoydular. İmtina edən, imza atmayan insanlar da yetərincə idi. Cəlal Allahverdiyevin vicdanı susmadı. Mənim əleyhimə imza atanlarla da salamlaşaram». - «Ziyalılar Forumunda heç kim istəmir ki, ərəb ölkələrində baş verənlər burda baş versin. Biz yalnız ağrıyan yeri deyə bilərik, siyasi fəaliyyət yoxdur».CƏMİYYƏT HAQDA - «Şükürlər olsun ki, cəmiyyətdə dinamika pozitivdir». - «Mənimçün maraqlı odur ki, bizim cəmiyyətimizin durumu nə gündədir. Onun sabahı, perspektivləri necə olacaq?». - «Allah bizə bu nefti veribsə, (əvəzində) başqa şeyi alıb - bir az ədaləti alıb, bir az cəmiyyətin süskünlüyünü verib. Müxtəlif sahələrdə balans pozulub». - «Azərbaycanda islahatlar gedəcək, Azərbaycan dəyişəcək. Ona görə ki, dəyişməyə bilmərik. Alternativ yoxdur buna. Çünki dünya dəyişir».- «Bizim heç bir siyasi iddiamız yoxdur. Amma cəmiyyətdə olan eybəcərliklərə dözmək düzgün deyil».RAFİQ ƏLİYEV RAFİQ ƏLİYEV HAQDA - «Səbirli olmağım peşəmlə əlaqədardır». - «Bu situasiyada öyrənmək istədiyim cəmiyyət idi. Çünki bu hadisələrin arxasında duranlar məlum idi. Mənim üçün maraqlı idi ki, cəmiyyətimiz ayaqdadır ya yox». - «Mən yüzdəyüz deyirəm ki, bu xalqın yolunda istənilən çətinliyə getməyə hazıram. Hətta qələmimi süngüyə çevirib Qarabağa getmək lazım olsa belə gedərəm». - «Məni nələr gözlədiyini bilirdim. Mən bu obyekti öyrənmişdim».mənbə: modern.az
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Tramp: ABŞ Rusiya-Ukrayna müharibəsində dronlardan istifadə təcrübəsini öyrənir
03:26 25.05.2025
Tramp: ABŞ Rusiya-Ukrayna müharibəsində dronlardan istifadə təcrübəsini öyrənir
ABŞ-nin xüsusi nümayəndəsi Suriya Prezidenti ilə görüşüb
03:15 25.05.2025
ABŞ-nin xüsusi nümayəndəsi Suriya Prezidenti ilə görüşüb
KİV: İsrail Ordusu bütün quru və tank qoşunlarını Qəzzaya yerləşdirib
01:24 25.05.2025
KİV: İsrail Ordusu bütün quru və tank qoşunlarını Qəzzaya yerləşdirib
Sibel Can ərə getməsi xəbərini təkzib edib
00:11 25.05.2025
Sibel Can ərə getməsi xəbərini təkzib edib
Zelenski: Əsir mübadiləsinin üçüncü mərhələsi mayın 25-də baş tutacaq
23:40 24.05.2025
Zelenski: Əsir mübadiləsinin üçüncü mərhələsi mayın 25-də baş tutacaq
Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında dördüncü günün yekunu
23:30 24.05.2025
Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında dördüncü günün yekunu
Azərbaycan əsilli İran rejissoru "Qızıl Palma budağı"na layiq görülüb
23:08 24.05.2025
Azərbaycan əsilli İran rejissoru "Qızıl Palma budağı"na layiq görülüb
Fransada elektrik şəbəkəsinin təxribatı ilə bağlı təhqiqat başlayıb
22:47 24.05.2025
Fransada elektrik şəbəkəsinin təxribatı ilə bağlı təhqiqat başlayıb
Zabrat 2 - Sabunçu sahəsində qatarın qarşısına qəfil çıxan şəxs xəsarət alıb
22:23 24.05.2025
Zabrat 2 - Sabunçu sahəsində qatarın qarşısına qəfil çıxan şəxs xəsarət alıb
Azərbaycanda DƏHŞƏT: Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ
22:15 24.05.2025
Azərbaycanda DƏHŞƏT: Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ
Ermənistanda onlarla vəzifəli şəxs barədə cinayət işləri məhkəməyə göndərilib
21:52 24.05.2025
Ermənistanda onlarla vəzifəli şəxs barədə cinayət işləri məhkəməyə göndərilib
Premyer Liqa: "Sabah" mövsümdəki son oyununda "Neftçi"yə qalib gəlib
21:27 24.05.2025
Premyer Liqa: "Sabah" mövsümdəki son oyununda "Neftçi"yə qalib gəlib
Ermənistanda dövlət xidmətinin əməkdaşı 590 min dollar oğurluğuna görə həbs edilib
20:59 24.05.2025
Ermənistanda dövlət xidmətinin əməkdaşı 590 min dollar oğurluğuna görə həbs edilib
"Krasnodar" futbol klubu ilk dəfə Rusiya çempionu olub
20:47 24.05.2025
"Krasnodar" futbol klubu ilk dəfə Rusiya çempionu olub
Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının açılışı olub
20:34 24.05.2025
Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının açılışı olub
Arda Turan baş məşqçisi olduğu klubdan ayrılıb
20:21 24.05.2025
Arda Turan baş məşqçisi olduğu klubdan ayrılıb