Akif Aşırlı: “Elnur Baimovun qəzetlər haqqında dediyi fikirlərə ciddi yanaşmıram” - EKSKLÜZİV

GƏNCLİK
18:22 29.03.2011
2240

Qonaq Azərbaycan jurnalistikasının bugünki durumu haqda danışıb. Baimov onlayn media ilə ənənəvi medianı müqayisə edərkən deyib: “Mən həmişə demişəm ki, ənənəvi jurnalistika artıq tarixdir. Jurnalistikanın bu günü və sabahı onlayn mediaya aiddir. Qəzet və klassik jurnalistika ilə artıq sağollaşa bilərsiniz”. Qonaq bundan başqa qəzet jurnalistləri haqda da maraqlı fikirlər söyləyib: “Əgər siz qəzet jurnalistləri ilə xəbər portallarında işləyən jurnalistləri müqayisə etsəz görərsiniz ki, qəzet jurnalisti tənbəldir, saat 3-də işə gəlir, agentliklərin nə yazdığına baxır, kiçik bir yazı yazır və gedir oturur çayxanada. Xəbər saytında işləyən jurnalist isə daha dinamik, daha çevik,  daha operativ işləyir. Mən buradan qəzetlərə səslənirəm ki, ya qəzetlərin veb-saytlarını yaradıb, onlayn fəaliyyət göstərsinlər ya da bu sahədən çıxsınlar”.

AZXEBER.COM portalı “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlının mövzuyla bağlı fikirlərini öyrənib: “Hazırda Azərbaycanda internet qəzetlərinin inkişafı getdikcə sürətlənir. Bu danılmaz bir faktdır. Ancaq Azərbaycanda yazılı mətbuatın sıradan çıxarılması prosesi heç vaxt baş verə bilməz. Ona görə ki, yazılı mətbuatın özünəməxsus ənənələri var. Azərbaycanda orta yaşlı və yaşlı  insanlar qəzetdən aldıqları zövqü heç nəyə dəyişməzlər. Bu danılmaz bir faktdır. Buna görə də Elnur Baimovun bu fikirlərinə ciddi yanaşmıram. Qəbul edirik ki, yazılı mətbuatla internet mətbuatı arasında rəqabət var. Amma qəzetlərin sıradan çıxarılması və onların tarixə çevrilməsi heç vaxt reallaşmayacaq.”

Əfsələddin Ağalarov

OXŞAR XƏBƏRLƏR