Akif Aşırlı: “Hazırda İnternet Media Mərkəzinə (İMM) çox böyük ehtiyac var”

Akif Aşırlı: “Hazırda İnternet Media Mərkəzinə (İMM) çox böyük ehtiyac var”
MEDİA
12:28 15.09.2011
2602
Xəbər verdiyimiz kimi, Azxeber.com və Qaynar.info xəbər portallarının birgə təsisçiliyi ilə Azərbaycanda İnternet Media Mərkəzi yaradılıb.İMM-ni yaradılması ilə bağlı AZXEBER.COM-a münasibət bildirən tanınmış media mütəxəssisi,“Şərq” qəzetini baş redaktoru Akif Aşırlı mərkəzin işinin uğurlu olacağına inandığını söyləyib: “İdeyanı yüksək qiymətləndirirəm. Ona görə ki, internet media hazırda Azərbaycanda yeni-yeni təşəkkül tapır və təbbi ki yeni yarandığından problemlərdə çoxdur. Çap jurnalistikasını götürəndə burada peşə standartları anlayışı oturuşmuş bir vəziyyətdədir. Ancaq, internet media yeni yarandığından burada həm beynəlxalq təcrübəyə yiyələnmək lazımdır. Bu cür birliyə hazırda çox böyük bir ehtiyac var. Düşünürəm ki, yaxın gələcəkdə gənc jurnalistlərin bu cür addım ataraq İMM-ni yaratmaları müsbət bir hal kimi dövlət tərəfindəndə qarşılanacaq. Hazırda internet media əyalətlərə də, sıçrayıb. Buna görədə çalışmaq lazımdır ki, həm internet, həm qəzet həm də, televiziya və radio jurnalistlərinin bir əlaqəsi yaransın. Çünki, internet mediasının inkişafı qəzetçiliyə də, öz təsirini göstərir. Beynəlxalq aləmdə və dünya arenasında Azərbaycanın adı məhz internet vasitəsi ilə dünyaya tanıdılır. İnternet mediası sərhətsiz olduğu üçün informasiya təhlükəsizliyi məsləsinə daha çox diqqət yetirmək lazımdır.
OXŞAR XƏBƏRLƏR