Bu haqda AZXEBER.COM-a məlumat verən təşkilat sədri qeyd edib ki, namizədliyini 9 saylı Binəqədi ikinci seçki dairəsindən verib: "Ötən seçkilərdə olduğu kimi bu dəfə də namizədliyimi Binəqədi 2-ci seçki dairəsindən irəli sürdüm. Artıq imzatoplama kampaniyasını yekunlaşdırırıq. Yaxın günlərdə namizədliyimin qəbul olunması üçün MSK-ya müraciət edəcəm"
A.Nağı bildirib ki, QAT-ın mərkəzi ofisi bu ərazidə yerləşir, dairənin sakinləri, seçiciləri ilə sıx əlaqələri var, ona görə də bu dairəyə üstünlük veriblər.
Qeyd edək ki, bu dairədən deputat seçilən Rafael Cəbrayılov bu dəfə namizədliyini eyni dairədən irəli sürməyəcək. 9 saylı Binəqədi ikinci seçki dairəsindən hakim Yeni Azərbaycan Partiyasının (YAP) namizədi isə Qafarov Kəmaləddin Nəsrəddin oğludur.