Türkiyəli məşhur aktyor Akın Akınözü yeni mövsümdə ATV kanalında yayımlanacaq "Aşk ve Taht" serialının baş rol ifaçısı seçilib.
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor ekran işində Anadolu Səlcuqlu Dövlətinin ən qüdrətli hökmdarlarından biri olan Sultan I Əlaəddin Keyqubad obrazını canlandıracaq.
Tarixi şəxsiyyət kimi dövlətə ən parlaq dövrlərini yaşatdığı qəbul edilən sultanın həyatı və hakimiyyət illəri serialın əsas süjet xəttini təşkil edəcək.
Böyük büdcə ilə çəkilməsi planlaşdırılan "Aşk ve Taht" serialının tarixi hadisələri, saray intriqalarını və sevgi hekayələrini tamaşaçılara təqdim edəcəyi gözlənilir.
Akın Akınözünün yeni layihədə tarixi obrazı canlandıracaq olması artıq sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Aktyorun performansı serial həvəskarları tərəfindən maraqla gözlənilir.
Aysel











































