"Çakır" Bərdə terrorundan yazdı: “Ermənistanı kəskin qınayıram”

MAQAZİN
13:33 28.10.2020
812
Türkiyənin məşhur aktyoru Oktay Kaynarca yenidən Azərbaycanla bağlı paylaşım edib.

AZXEBER.COM xəbər verir ki, sənətçi ötən gün Bərdədə baş verən faciədən sonra "İnstagram” "Story”də bunları yazıb:

"Üçüncü dəfə qəbul edilən humanitar atəşkəsi 5 dəqiqə sonra üçüncü dəfə pozan Ermənistanı kəskin qınayıram. Bombalar yağdırdığı ərazidəki məsum insanların acılarını ürəkdən paylaşıram”.

Qeyd edək ki, ötən gün ermənilərin raket atması nəcitəsində Bərdə rayonunun Qarayusifli kəndində 4 nəfər həyatını itirib, 13 nəfər yaralanıb.

OXŞAR XƏBƏRLƏR