Onların dediyinə görə, ərazidə Mənzil Kommunal İstismar İdarəsi olduğu halda sakinlərə ordan arayiş verilmir:
"Arayışı "Akkord" şirkətindən almaq lazım olduğu bildirilir. Sakinlər bir arayış üçün şəhərin mərkəzindəki “Akkord” un baş ofisinə getməli olur. Üstəlik özü ilə bərabər evin sənədlərinin, şəxsiyyət vəsiqəsinin, nikah haqqında sənəd, usaqların doğum haqqında şəhadətnaməsi və.s bir arayış almaq üçün vətəndaş olduqca narahatlıq yaşayır. Ərazidə Mənzil Kommunal İstismar İdarəsi oldugu halda cammaat nə üçün binanı tikən şirkətdən arayış almalidı. Mənzil Kommunal İstismar İdarəsi şəhərcikdə qara işlər görməklə məşğuldu. Gənclər şəhərciyində 29 bina və 5 minədək ev var. Bu qədər sakin arayış üçün get-gələ düşürlər. Bir sözlə, "Akkord" insanları süründürür".
Məsələylə bağlı "Akkord" şirkətindən AZXEBER.COM-a bildirildi ki, bu prosuder qaydasıdır və sakinlər baş ofisə gəlməlidirlər.
AZXEBER.COM