Aksiya təyin edilmiş ərazidə iştirakçı müşahidə olunmayıb

Aksiya təyin edilmiş ərazidə iştirakçı müşahidə olunmayıb
Bütün Xəbərlər
17:58 17.04.2011
1515
Bu barədə APA-ya açıqlamasında hüquq müdafiəçisi Elçin Behbudov bildirib.

Saxlanılanlardan 9-u qadındır. Qadınlarla söhbət apardığını deyən hüquq müdafiəçinin sözlərinə görə, onlar polis idarəsində hər hansı təzyiqlə üzləşmədiklərini deyiblər.

E. Behbudov digər rayonların Polis İdarələrinə də baş çəkəcəyini bildirib.

APA-nın hazırda Nizami kinoteatrının qarşısında olan əməkdaşının verdiyi xəbərə görə, üç nəfər müsavatçı “Misir Mərdanova ar olsun!” şüarı səsləndirərkən polis onları saxlayıb. Hazırda həmin ərazidə tam sakitçilikdi. Ərazidə heç bir qrup, şüar səsləndirilməsi və s müşahidə edilmir.

APA-nın hazırda “Fəvvarələr” meydanında, Nizami heykəlinin yanında olan əməkdaşının verdiyi məlumata görə, burda 4 nəfər saxlanılıb. Hazırda həmin ərazidə heç bir qrup görünmür.

Bu əraziyə əynində jurnalist gödəkcəsi olmadan yaxınlaşmış Natiq Cavadlı və Şahvələd Çobanoğlu polislə qısa mübahisədən sonra ərazidən uzaqlaşıblar.

Rəşid Behbudov küçəsində olan müxbirimiz də həmin istiqamətdə qrup şəklində aksiya iştirakçılarının görünmədiyini, hər hansı şüarlar səsləndirən şəxslərin olmadığını bildirib.

 

OXŞAR XƏBƏRLƏR