Aksiyada həbs edilən rokçu azad olundu

Aksiyada həbs edilən rokçu azad olundu
Bütün Xəbərlər
18:06 27.03.2012
1270

Martın 27-də «Bulistan» qrupunun ifaçısı Camal Əli 10 sutkalıq cəzasını çəkib qurtarandan sonra buraxılıb.

O, Səbail rayon Polis İdarəsində saxlansa da, Binəqədidəki Müvəqqəti Saxlama Təcridxanasından buraxılıb.

Bu haqda AzadlıqRadiosuna onun vəkili Anar Qasımov məlumat verib. O bildirib ki, Camal Əlinin nə üçün Binəqədi Müvəqqəti Saxlama Təcridxanasından buraxılması onun üçün də aydın deyil.

Camal Əli martın 17-də Bakıda keçirilən mitinqdə saxlanmışdı. Səbail rayon Məhkəməsi onun barəsində 10 sutkalıq inzibati həbs cəzası çıxarmışdı.

OXŞAR XƏBƏRLƏR