19 yanvar – Hövsan kəndində yerləşən 118 saylı orta məktəbdə etiraz aksiyası baş verir. Səbəb məktəb direktoru Qardaşxan Səlimovun yuxarı sinif şagirdlərini və onların valideynlərini təhqir etməsi olub.
21 yanvar – Saatlı rayonu Məzrəli kəndində yerləşən orta məktəbdə etiraz aksiyası baş verir. Bu hadisə ilə bağlı verilən məlumatlarda məktəbdə çalışan Nəzakət adlı müəllimənin şagirdləri təhqir etməsi göstərilir.
24 yanvar - Bakı şəhər sakini Elşən İsmayılov Xətai RPİ 35-ci PB-yə müraciət edərək, 221 saylı orta məktəbdə naməlum şəxsin onun oğlu Aydını bıçaqla hədələyib, 5 manatını almasını bildirib.
AZXEBER.COM xəbər verir ki, 35-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Bakı şəhər sakini Nurlan Musayev saxlanılıb.
25 yanvar – 69 yaşlı, 45 illik müəllim işləyən Müəllimə Yusifova Əmircan qəsəbəsi 154 saylı orta məktəbində tarix müəllimi işləyən 33 yaşlı Yaşar Ağa oğlu Quliyev tərəfindən vəhşicəsinə döyülüb.
Hazırda hadisə ilə bağlı cinayət işi Suraxanı Rayon Məhkəməsində araşdırlır. İşlə bağlı Cinayət Məcəlləsinin 127-ci (qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə başlanan cinayət işi sonradan dəyişdirilərək 128-ci (qəsdən sağlamlığa yüngül xəsarət vurma) ilə sona çatdırılıb.
Yuxarıda qeyd edilən məlumatların mahiyyətinə diqqət yetirildikdə - yəni, olayların baş vermə səbəblərinə nəzər saldıqda görünür ki, proseslərdə səbəb olaraq orta məktəblərdə müəllim və direktorların hərəkətləri önə çıxır. Müəllimlərin davranışlarından, hərəkətlərindən yaranan narahatçılıqlar gündəmin əsas hadisələrinə çevrilib. Müəllim və şagird-valideyn münasibətlərində yaranan problemlər azmış kimi, buna sonuncu hadisələrin timsalında etik normaların üstünə kriminal hadisələr də əlavə olundu. Demək ki, həyəcan təbili çalınmasının zamanı yetişib.
Təhsil Nazirliyi bu və ya digər formada hadisələrlə bağlı ünvanlanan sualları bəzi hallarda operativ, bəzi hallarda gec, bəzi zamanlarda isə qurum ünvanlanan sualları ümumiyyətlə cavablandırılmır. Amma görünən odur ki, gündəmi təhsil prosesi, orta məktəblərlə əlaqədar problemlər heç də xoşa gəlməyən olaylarla zəbt etməkdədir. Bu isə ölkənin təhsil prosesinə cavabdeh olmalı qurumun ölkənin tədris ocaqlarına lazımi qaydada, səviyyədə müdaxilə, nəzarət etmədiyini təxmin etməyə əsas verir. Əks halda, son günlərin əsas mövzularından birinə çevrilən tədrisin problemləri haqqında götürülən ölçülər bu qədər yubanmaz, ləngiməzdi.
İsətr media, istərsə ictimaiyyət, istərsə də, haqlı olaraq müəllimlərdən narazı duruma düşmüş şagird və valideyn təbəqəsi Təhsil Nazirliyindən gecikmiş də olsa, addım atılmasını gözləyir. Təbii olaraq…
Orxan