Aktiv vetendasliq mektebi layihesinə start verilir
GƏNCLİK
05:08 14.06.2011
2080
Seçilmiş 30 Sumqayıt gəncinə 2 ay ərzində 8 müxtəlif mövzuda təlimlər keçiriləcək.
Əgər sən aktiv vətəndaş olmaq, yeni biliklər qazanmaq, bildiklərini tətbiq etmək istəyirsənsə onda bu məhz Sənin üçündür. Burda sən blog, fotoqrafiya, ilk tibbi yardım, natiqlik, aktiv vətəndaşlıq və s. mövzularda ödənişsiz təlimlər və praktik məşğələlər iştirakçı olacaq, sonda sertifikat əldə edəcəksən.
Bunun üçün : 1.16-22 yaş arası Sumqayıt gənci olmalısınız; 2. Layihə boyu bütün təlimlərdə aktiv iştirak etməlisiniz.
Layihənin iştirakçı olmaq üçün aşağıdakı linkə daxil olaraq ərizə formasını doldurmalısınız.
Ərizə göndərmiş uyğun namizədlərlə 17 iyuna qədər əlaqə saxlanılacaq və onlar 18-19 iyun tarixlərində təşkil olunacaq müsahibəyə dəvət olunacaqlar. Müsahibədən uğurla keçən 30 gənc "Aktiv Vətəndaşlıq Məktəbi"ndə iştirak etmək hüququ qazanacaq.
Suallarınız olarsa çəkinmədən əlaqə saxlayın. Əlavə məlumat üçün : 055 530 40 96 E-mail : [email protected]/* */ Web : www.csyo-az.org