Aktrisa Prezidentə müraciət etdi: Mükafat püşkatma ilə verilir

Aktrisa Prezidentə müraciət etdi: Mükafat püşkatma ilə verilir
MƏDƏNİYYƏT
10:40 22.03.2025
1612

Aktrisa Mətanət Əhmədova (Eres) Prezident İlham Əliyevə müraciət edib.

AZXEBER.COM xəbər verir ki, aktrisanın müraciətinə səbəb Şuşa Dövlət Musiqili Dram Teatrında baş verən hadisələr olub.

 Aktrisa teatrda mükaftların püşkatma ilə aktyorlara verildiyini iddia edib:

"Bir neçə gün bundan əvvəl həmkarım Rasim Mehdiyev 10 mart Teatr Günü münasibətilə Şuşa Musiqili Dram Teatrına qarşı laqeyd münasibətə görə Cənab Prezidentə müraciət etmişdi. Bu gün də mən müraciət etmək istəyirəm.

Cənab Prezident, sizin tərəfinizdən bizim teatrda 15 ildir iki eyni adam mükafatlandırılırdı. Bu il o adamlardan biri teatrdan uzaqlaşdırıldı. İllərdir canını sənətə fəda edən insanlar teatrımızda çalışır. İnanıram, sizə güvənirəm, bilirəm ki, heç vaxt aktyora qiymət vermək üçün teatrda püşk atın, kimin bəxtinə düşər mükafatlandırılar deməzsiniz. Siz heç vaxt belə bir şeyə yol verən insan deyilsiniz. Hansı ki, Mədəniyyət Nazirliyinin nümayəndəsi Günay xanım bu gün bizim teatra gəlib və püşk atırlar ki, bəxtəbəxt kimə düşsə, Prezident təqaüdü verilər.

Yəni, insanın yaradıcılığı oyundurmu? Lotoreya oynayırıq? Aktyorun tərcümeyi-halı, əmək kitabçası, yaradıcılığı, teatrda keçən ömrü, kikipediyası, rolları var. Günay xanım, necə buna püşk atmaq olar? Lotoreya oynayırıq? Necə olar bu? 

Deyirsiniz ki, Mətanətin 23 teleqramı var, Administrasiyada haqqında yaxşı fikirləşmirlər. Niyə? Mətanət düzünü dediyi üçün? Niyə soruşmursunuz ki, Mətanət, niyə 23 teleqram vurmusunuz? Səbəbi var! Onda bildirmək lazım idi ki, dərdi var ki, edir. Dəli deyiləm ki.

Mən də Cənab Prezidentə güvənirəm. Dövlətimə, millətimə, Prezidentimə güvənirəm. Əlacı onların köməyində görürəm. Kimə deməliyəm? Son ümid yerim cənab Prezidentdir. Çox xahiş edirəm, sizdən cənab Prezident, aktyorun əməyinə, zəhmətinə sizin tərəfinizdən verilən dəyəri püşkatma ilə nümayəndələr həll etməsin. Bizim əmək kitabçasına, aktyorun şəraitinə baxsınlar. Araşdırsınlar, kimə verilməlidir, haqq-ədalətlə həll etsinlər.

Teatr yaradıcılıq yeridir, lotoreya yeri deyil ki, 10-15 il növbə çatacaq, püşk atılacaq. Çox xahiş edirəm, bu məsələ ilə bağlı ölçü götürülsün, bu səlahiyyəti kim verib, niyə verib, aydınlaşdırılsın”.


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanın Qırğız Respublikasındakı səfirliyində Xocalı soyqırımının xatirəsi yad edilib - FOTOLAR
11:32 26.02.2026
Azərbaycanın Qırğız Respublikasındakı səfirliyində Xocalı soyqırımının xatirəsi yad edilib - FOTOLAR
İlham Əliyev Xocalı Soyqırımı Memorialının açılışında
11:20 26.02.2026
İlham Əliyev Xocalı Soyqırımı Memorialının açılışında
Bu özəl klinikalara onkoloji xidmət üçün icazə veriləcək
11:11 26.02.2026
Bu özəl klinikalara onkoloji xidmət üçün icazə veriləcək
Azərbaycanda iş saatları azaldılır? - Həftənin müəyyən günlərində…
11:06 26.02.2026
Azərbaycanda iş saatları azaldılır? - Həftənin müəyyən günlərində…
BDU-nun tələbələrini şantaj edən kimdir? - VİDEO
11:04 26.02.2026
BDU-nun tələbələrini şantaj edən kimdir? - VİDEO
Alyona Əliyeva paylaşım etdi
10:58 26.02.2026
Alyona Əliyeva paylaşım etdi
TƏBİB Səhiyyə Nazirliyinə birləşdirilə bilər?
10:46 26.02.2026
TƏBİB Səhiyyə Nazirliyinə birləşdirilə bilər?
"Xocalını unutmaq, şəhidlərin ruhuna xəyanət olar"
10:23 26.02.2026
"Xocalını unutmaq, şəhidlərin ruhuna xəyanət olar"
XİN rəhbəri: Meksikada baş vermiş son hadisələrlə bağlı səfirliklə əlaqədəyik
10:13 26.02.2026
XİN rəhbəri: Meksikada baş vermiş son hadisələrlə bağlı səfirliklə əlaqədəyik
Türkiyə səfiri Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib
09:59 26.02.2026
Türkiyə səfiri Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib
“Prezidentin qrafikində may ayında belə səfər nəzərdə tutulmayıb”
09:57 26.02.2026
“Prezidentin qrafikində may ayında belə səfər nəzərdə tutulmayıb”
Ermənistan Bakıdakı tədbirə dəvət olunub? - Nazirdən açıqlama
09:54 26.02.2026
Ermənistan Bakıdakı tədbirə dəvət olunub? - Nazirdən açıqlama
XİN başçısı: AZAL təyyarəsinin vurulması məsələsində Azərbaycanın mövqeyi qətidir
09:51 26.02.2026
XİN başçısı: AZAL təyyarəsinin vurulması məsələsində Azərbaycanın mövqeyi qətidir
Ceyhun Bayramov: Bu günün reallığı Qarabağa həyatın qayıtmasıdır
09:49 26.02.2026
Ceyhun Bayramov: Bu günün reallığı Qarabağa həyatın qayıtmasıdır
BMT-nin Azərbaycandakı missiyası Xocalı soyqırımının ildönümü ilə bağlı bəyanat yayıb
09:39 26.02.2026
BMT-nin Azərbaycandakı missiyası Xocalı soyqırımının ildönümü ilə bağlı bəyanat yayıb
İtaliya səfirindən Xocalı soyqırımı ilə bağlı paylaşım
09:36 26.02.2026
İtaliya səfirindən Xocalı soyqırımı ilə bağlı paylaşım