ALİ MƏKTƏBLƏRİMİZİN REYTİNQ SİYAHISI AÇIQLANIB

ALİ MƏKTƏBLƏRİMİZİN REYTİNQ SİYAHISI AÇIQLANIB
GƏNCLİK
10:05 25.01.2011
3301

Ötən il ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak edən 5424 abituriyent 500-dən, o cümlədən 1414 abituriyent 600-dən yuxarı bal toplayıb. Bunu bu gün keçirdiyi mətbuat konfransında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bildirib. TQDK sədrinin sözlərinə görə, yüksək ballılar respublikanın 71 bölgəsini təmsil edib.
Onların nisbi sayına görə Bakı, Naxçıvan və Sumqayıt şəhərlərinin, o cümlədən Ordubad, İsmayıllı və Qax rayonlarının göstəriciləri ən yüksək olub. Bu bölgələrdən ali təhsil müəssisələrinə sənəd verən hər 100 nəfər gəncin 6-8-i imtahanlarda 500-dən yuxarı bal toplayıb. 500-700 arasında bal toplayan abituriyentlərin əksəriyyəti ən nüfuzlu ixtisaslara qəbul olublar. TQDK sədrinin sözlərinə görə, son qəbul imtahanlarında ali məktəblərin reytinq cədvəlinə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası başçılıq edib, 2-ci yer Azərbaycan Dövlət Tibb Universitetinə, 3-cü yer Qafqaz Universitetinə, 4-cü yer Azərbaycan Dövlət Neft Akademiyasına, 5-ci yer Azərbaycan Turizm İnstitutuna məxsusdur.

Ötən illərdə olduğu kimi, son qəbul imtahanında ən yüksək keçid balı Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının ixtisaslarına olub. Həm Azərbaycan, həm də rus bölməsində ən yüksək keçid balı Akademiyanın II qrupa daxil olan “Menecment” ixtisasına aiddir. Bu ixtisas üzrə keçid balı Azərbaycan bölməsində 675-ə, rus bölməsində isə 650-yə bərabərdir.
Ən aşağı keçid balı Azərbaycan bölməsində Milli Aviasiya Akademiyasının “Ekologiya mühəndisliyi”, rus bölməsində isə Gəncə Dövlət Universitetinin “Riyaziyyat və informatika müəllimliyi” ixtisasında olub. Həm Azərbaycan, həm də rus bölməsi üzrə ən aşağı keçid balı 200-dür.

//APA

 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Məhərrəm ayı bu tarixdə başlayır - FƏTVA
14:02 11.06.2026
Məhərrəm ayı bu tarixdə başlayır - FƏTVA
Ölkəmizdə arağa meyillilik artır – Biz niyə içirik?
13:56 11.06.2026
Ölkəmizdə arağa meyillilik artır – Biz niyə içirik?
Azərbaycanda bu şəxslər işdən çıxarıla bilməz
13:46 11.06.2026
Azərbaycanda bu şəxslər işdən çıxarıla bilməz
Qız övladı olan valideynlərə erkən pensiya veriləcək? - VACİB AÇIQLAMA
13:44 11.06.2026
Qız övladı olan valideynlərə erkən pensiya veriləcək? - VACİB AÇIQLAMA
Bakıda tanınmış restoranda dönərə görün nə qatırlar - Fotolar
13:34 11.06.2026
Bakıda tanınmış restoranda dönərə görün nə qatırlar - Fotolar
AYNA 419 min manat ödəyib bu dayanacaqları sökdürür
13:30 11.06.2026
AYNA 419 min manat ödəyib bu dayanacaqları sökdürür
"İqtisadi tariximizdə dərin bir devalvasiya şoku da yaşanıb" - Mikayıl Cabbarov
13:28 11.06.2026
"İqtisadi tariximizdə dərin bir devalvasiya şoku da yaşanıb" - Mikayıl Cabbarov
Xərçəngdən əziyyət çəkən blogerin vəziyyəti ağırdır - FOTO
13:21 11.06.2026
Xərçəngdən əziyyət çəkən blogerin vəziyyəti ağırdır - FOTO
İsveçdən əcnəbilərlə bağlı yeni qərar: Daimi oturum icazəsi ləğv olunur
13:20 11.06.2026
İsveçdən əcnəbilərlə bağlı yeni qərar: Daimi oturum icazəsi ləğv olunur
ADNSU-da Respublika Fənn Olimpiadalarının təbiət fənləri üzrə qalibləri mükafatlandırıldı - FOTOLAR
13:18 11.06.2026
ADNSU-da Respublika Fənn Olimpiadalarının təbiət fənləri üzrə qalibləri mükafatlandırıldı - FOTOLAR
"Arzum" ləqəbli blogerin heç bir vəsatəti təmin edilmədi
13:13 11.06.2026
"Arzum" ləqəbli blogerin heç bir vəsatəti təmin edilmədi
Şəhid övladları üçün ənənəvi “Məzun Günü” tədbiri təşkil olundu - FOTOLAR
13:01 11.06.2026
Şəhid övladları üçün ənənəvi “Məzun Günü” tədbiri təşkil olundu - FOTOLAR
İran: ABŞ hücumları atəşkəsi faktiki olaraq yararsız hala salıb
12:38 11.06.2026
İran: ABŞ hücumları atəşkəsi faktiki olaraq yararsız hala salıb
"İnsanın dostu onun cibidir, çünki..." - Aysun
12:35 11.06.2026
"İnsanın dostu onun cibidir, çünki..." - Aysun
"İdrak" liseyində müəllimin güllələnməsi ilə bağlı yeni QƏRAR
12:34 11.06.2026
"İdrak" liseyində müəllimin güllələnməsi ilə bağlı yeni QƏRAR
İmtahana gedən tələbə quyuya düşüb xəstəxanalıq olub - Anası şirkətdən şikayətçidir
12:28 11.06.2026
İmtahana gedən tələbə quyuya düşüb xəstəxanalıq olub - Anası şirkətdən şikayətçidir