““Aldadan kişi yoxdur”, göz yuman qadın var” - AFORİZMLƏR

““Aldadan kişi yoxdur”, göz yuman qadın var” - AFORİZMLƏR
Bütün Xəbərlər
16:06 03.02.2015
1829
Hər gün dəfələrlə yalanlarla üzləşirik. Bəzən ətrafdakılar bizə yalan söyləyir, bəzən də elə özümüz-özümüzü aldadırıq. Yalan və xəyanət haqda indiyə kimi çox yazılıb, çox deyilib. Buna baxmayaraq, yalan insan həyatının ayrılmaz bir parçası olaraq qalır.Dahilərin yalan və xəyanət haqda dediyi hikmətli sözləri təqdim edir:1. Tomas Fuller- “Təkcə sənə yox, həm də özünə xəyanət etməyəcək adamlara güvən”2. Nikita Xruşşov- “Siyasətçilər dünyanın hər yerində eynidirlər. Çay olmayan yerdə körpü tikəcəklərinə söz verirlər”.3. Fransua de Laroşfuko- “Fərqinə varmadan başqalarını aldatmaq nə qədər çətindirsə, fərqinə varmadan özünü aldatmaq o qədər asandır”.4. Sarah Bernhardt- “Kimsə sizi bir dəfə aldadırsa, günah ondadır. İkinci dəfə aldansanız, bilin ki, günah sizdədir”.5. Lev Tolstoy- “İnsanlar səni istədikləri kimi bilsinlər, amma sən özünü aldada bilərsənmi?”6. Linkloln- “Hamını bir dəfə, bəzilərini isə həmişə aldada bilərsiniz. Amma hamını həmişə aldada bilməzsiniz”.7. Anonim- “Hiylə ilə qalib gəlmək olar, amma taleyi dəyişdirmək olmaz”.8. Markiz de Kondorse- “Alimlərin maarifləndirmədiyi cəmiyyətləri, şarlatanlar aldadar”.9. Jan Batist Molyer- “İnsanları aldatmaq onları güldürməkdən çox asandır”.10. Anonim- “Aldadan kişi yoxdur, göz yuman qadın var”.
OXŞAR XƏBƏRLƏR