Ali məktəblərə qəbul imtahanlarının vaxtı müəyyən oldu
GƏNCLİK
08:58 19.04.2011
4824
Bu barədə TQDK sədri Məleykə Abbaszadə bildirib. O qeyd edib ki, ali təhsil müəssisələrinə ərizə qəbulu aprelin 20-dən mayın 31-dək davam edəcək. “Bu abituriyentlər ərizələrini aprelin 27-dən mayın 31-dək müvafiq Sənəd Qəbulu Komissiyalarına (SQK) təqdim edərək ərizələrini təsdiq etdirməlidirlər. SQK-lar hər gün (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 9-dan 17-dək fəaliyyət göstərir” - deyə TQDK sədri vurğulayıb.
Dövlət Neft Şirkətinin (ARDNŞ) təqaüd proqramına qoşulma imtahanı və Naxçıvan Muxtar Respublikasının vergilər orqanlarına qəbul imtahanı aprelin 24-də keçiriləcək. Rus bölməsi ilə Azərbaycan dili üzrə imtahan vermək istəyənlər üçün ərizə təsdiqinin son günü mayın 16-na təyin olunub. “Bu imtahanların birincisi mayın 22-də Bakı və bölgələrdə keçiriləcək. Ikinci imtahan isə 26 iyunda Bakıda keçiriləcək” - deyə M.Abbaszadə əlavə edib.