Ali Məhkəmə də “Naviqator Mobil Servises”in "Report" İnformasiya Agentliyinə qarşı şikayətini təmin etmədi

Ali Məhkəmə də “Naviqator Mobil Servises”in "Report" İnformasiya Agentliyinə qarşı şikayətini təmin etmədi
MEDİA
15:08 01.11.2017
822
Ali Məhkəmədə "Naviqator Mobil Servises” MMC-nin "Report" İnformasiya Agentliyinə (İA) qarşı qaldırdığı iddia əsasında Bakı Apellyasiya Məhkəməsinin verdiyi qərardan kassasiya şikayətinə baxılıb.
"Report" İA-nin hüquqi nümayəndəsi Kamandar Nəsibov bildirib ki, Nigar Rəsulbəyovanın sədrliyi, kollegiya üzvləri İlqar Hüseynov və Zakir Quliyevin iştirakı ilə keçirilən prosesdə "Naviqator Mobil Servises” MMC kassasiya iddiası əssasız hesab edilib, Apellyasiya Məhkəməsinin qətnaməsi qüvvədə saxlanılıb.
 
Xatırladaq ki, "Report” İnformasiya Agentliyi uzun müddət sürən SMS fırıldaqçılığın aşkar olunması üçün araşdırma apararaq ictimaiyyəti məlumatlandırmışdı. Belə ki, mobil telefondan bəzi xəbər saytlarına keçid edərkən abunəçinin digər sayta yönləndirilməsi, virusun telefona daxil olması nəticəsində abunəçinin balansından pul silinməsi və erotik məzmunlu video təqdim olunması müəyyənləşmişdi. Araşdırma nəticəsində qeyri-etik məzmunda virus yayılan xidmətin mobil operatorlar üçün "Navigator Mobile Services" (NMS) şirkəti tərəfindən təqdim olunduğu aşkar olunmuşdu.
 
Asan gəlir mənbələrindən məhrum olmasından hiddətlənən "innovativ düşüncəli” bu şəxslər (qısa yoxlamadan sonra NMS şirkətinin saytının və həmin virus xarakterli videolar yayan saytların sahiblərinin eyni şəxslər - Aslan Hacıyev və Anar Hacıyevin olduğu müəyyənləşib) "Report” İnformasiya Agentliyini onları ifşa etdiyinə görə məhkəməyə vermişdi. Əsas kimi də materiallarda istifadə olunan "pornoqrafiya", "virus" sözlərinin onların fəaliyyətinə şamil olunmadığını göstərirdilər. Lakin məhkəmə prosesi gedişatında şikayətdə mübahisələndirilən məsələləri ədalətli şəkildə, hərtərəfli və tam obyektiv araşdırılıb və qanuni
qətnamə qəbul edilib.
 
"Report”un əldə etdiyi məlumata görə son zamanlar hüquq mühafizə orqanları tərəfindən Azərbaycanda bu tipli SMS fırıldaqçılıqla məşğul olan şirkətlərə qarşı ciddi tədbirlər görülüb və onların çoxunun fəaliyyəti dayandrılıb, fırıldaq sxemlərinə son qoyulub. "Report” öz növbəsində belə fırıldaq sxemlərin ifşa olunması ilə bağlı araşdırmalarını davam etdirəcək, gələcəkdə aşkarlanan bu kimi hallarla bağlı məlumatların dərc olunmasını davam etdirəcək.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Real" müdafiəçisi ilə yolları ayırıb
19:00 16.07.2025
"Real" müdafiəçisi ilə yolları ayırıb
Hindistanda musson yağışlarında ölənlərin sayı 104-ə yüksəlib
18:48 16.07.2025
Hindistanda musson yağışlarında ölənlərin sayı 104-ə yüksəlib
Ukrayna parlamenti hərbi xərclərin artırılmasına dəstək verib
18:34 16.07.2025
Ukrayna parlamenti hərbi xərclərin artırılmasına dəstək verib
Netanyahu: Suriyaya zərbələrdə İsrailin bütün qüvvələri iştirak edir
18:21 16.07.2025
Netanyahu: Suriyaya zərbələrdə İsrailin bütün qüvvələri iştirak edir
Gürcüstanda polislərə hücum olub, 3 əməkdaş yaralanıb
18:09 16.07.2025
Gürcüstanda polislərə hücum olub, 3 əməkdaş yaralanıb
Reper "Epi"nin saxlanılma səbəbi məlum oldu
17:55 16.07.2025
Reper "Epi"nin saxlanılma səbəbi məlum oldu
İsrailin Dəməşqə hücumuna Türkiyədən ilk REAKSİYA
17:53 16.07.2025
İsrailin Dəməşqə hücumuna Türkiyədən ilk REAKSİYA
"Azərbaycan-Türkmənistan münasibətlərində siyasi dialoq bütün sahələrin inkişafının təməlidir"
17:51 16.07.2025
"Azərbaycan-Türkmənistan münasibətlərində siyasi dialoq bütün sahələrin inkişafının təməlidir"
"Sosial şəbəkələrdə yayılan dezinformasiya və saxta xəbərlərə qarşı birgə mübarizə aparmalıyıq"
17:35 16.07.2025
"Sosial şəbəkələrdə yayılan dezinformasiya və saxta xəbərlərə qarşı birgə mübarizə aparmalıyıq"
Sahibə Qafarova Türkmənistan Xalq Məsləhətinin sədri ilə görüşüb
17:29 16.07.2025
Sahibə Qafarova Türkmənistan Xalq Məsləhətinin sədri ilə görüşüb
Prezident bu fərmanlarda dəyişiklik etdi
17:26 16.07.2025
Prezident bu fərmanlarda dəyişiklik etdi
"Rusiya Azərbaycanın müstəqil siyasət aparmasından narahatdır" - Deputat
17:23 16.07.2025
"Rusiya Azərbaycanın müstəqil siyasət aparmasından narahatdır" - Deputat
Qurbanqulu Berdiməhəmmədovun qızı Bakı Kitab Mərkəzində olub
17:17 16.07.2025
Qurbanqulu Berdiməhəmmədovun qızı Bakı Kitab Mərkəzində olub
AccessBank 2025-ci ilin 1-ci yarısı üzrə maliyyə hesabatını açıqlayır
17:15 16.07.2025
AccessBank 2025-ci ilin 1-ci yarısı üzrə maliyyə hesabatını açıqlayır
İqtisadçı:  "Azərbaycan-Türkmənistan enerji əməkdaşlığı gələcəkdə Avropa üçün alternativ qaz marşrutu yarada bilər"
16:45 16.07.2025
İqtisadçı: "Azərbaycan-Türkmənistan enerji əməkdaşlığı gələcəkdə Avropa üçün alternativ qaz marşrutu yarada bilər"
Bakıda dəhşətli hadisə: Klinika direktoru həyat yoldaşını güllələdi
16:42 16.07.2025
Bakıda dəhşətli hadisə: Klinika direktoru həyat yoldaşını güllələdi