Ali Məhkəmə saxta pul hazırlayan şəxslə bağlı qərar verdi

Ali Məhkəmə saxta pul hazırlayan şəxslə bağlı qərar verdi
SOSİAL
19:25 01.07.2025
452

Azərbaycan Respublikasının Ali Məhkəməsi daha bir əhəmiyyətli qərar qəbul edib.

Bildirilib ki, işin hallarına görə, vətəndaş Bərdə şəhərində yerləşən evində beş ədəd 100 Azərbaycan manatı nominallı pul əskinasının təsviri olan, lakin üzərində "Etibarsızdır” yazısı olan, fiziki-kimyəvi, texnoloji və poliqrafik mühafizə vasitələri ilə təchiz olunmamış, Mərkəzi Bank tərəfindən tədavülə buraxılmış eyni nominallı pul əskinası ilə eynilik təşkil etməyən saxta pul hazırlayıb. O, "Etibarsızdır” yazısını mətbəx bıçağı ilə pozaraq, həmin saxta pulları satış məqsədilə hazırlayıb və sonradan İmişli rayonunda yerləşən "Mal bazarı”nda bu pulları satıcıya verərək, ondan 500 manat dəyərində iki baş quzu alıb.

Ona qarşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 204.1-ci maddəsi (Satış məqsədi ilə saxta pul, qiymətli dövlət kağızları və ya xarici valyuta, yaxud xarici valyutada ifadə olunan qiymətli kağızları hazırlama, habelə əldə etmə və ya satma) ilə ittiham irəli sürülüb.

Aşağı instansiya məhkəmələri tərəfindən təqsirləndirilən şəxsin əməli dələduzluq kimi qiymətləndirilib, lakin zərər çəkmiş şəxsə vurulmuş zərərin 500 manatdan çox olmaması səbəbilə, Cinayət Prosessual Məcəlləsinin 42.1.2-ci maddəsinə əsasən əməlində dələduzluq cinayət tərkibinin olmamasına görə ona bəraət verilib.

Sonra dövlət ittihamçısı kassasiya protesti ilə Ali Məhkəməyə müraciət edərək, apellyasiya instansiya məhkəməsinin qərarının ləğv olunmasını və işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş edib.

Ali Məhkəmənin mövqeyinə görə, birinci instansiya məhkəməsi şəxsin əməlində saxta pul hazırlamaqla bağlı cinayət tərkibinin olmaması qənaətinə gəlib və bu, işin faktiki hallarına uyğun olmayan səhv qərardır. Apellyasiya instansiya məhkəməsi isə qanunsuz olaraq birinci instansiya məhkəməsinin bu mövqeyini əsaslı sayıb. İşin tam, hərtərəfli və obyektiv araşdırılması məqsədilə şahidin ifadəsinin alınması və ona veriləcək suallar əsasında ziddiyyətli məqamların aydınlaşdırılması üçün məhkəməyə dəvət edilməsi barədə apellyasiya məhkəməsində vəsatətlər verilsə də, bu vəsatətlər təmin olunmayıb və müvafiq hal araşdırılmayıb.

Məhkəmə kollegiyası qeyd edib ki, apellyasiya instansiyası məhkəməsi təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 204.1-ci maddəsi ilə bəraət verilməsi ilə bağlı yekun nəticəyə gələrkən, ibtidai araşdırma orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara düzgün istinad etməyib.

Kassasiya məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd edib ki, şəxsin bıçaqla 5 əskinas üzərində "etibarsızdır” yazısını silməsi iş materialları ilə sübut olunub. Ali Məhkəmənin Plenum Qərarında da qeyd edildiyi kimi, saxta pul yalnız o halda dələduzluq kimi qiymətləndirilə bilər ki, bu pul aşkar şəkildə əslindən fərqlənsin.

Aparılmış ekspert rəyində təqdim olunan pul əskinaslarının həqiqi əskinaslardan açıq-aşkar fərqləndiyi göstərilməyib və bu məsələnin ekspert tərəfindən deyil, məhkəmə tərəfindən hüquqi məsələ kimi həll edilməli olduğu vurğulanıb.

Cinayət işinin materiallarından və aşağı instansiya məhkəmələri tərəfindən araşdırılmış hallardan göründüyü kimi, təqsirləndirilən şəxsin saxta pul hazırlamaq niyyəti məhz məhdud şəxsləri aldatmaq məqsədi daşımayıb. Belə ki, o, bu əməllə ümumi satış niyyəti güdüb və qəsdini istənilən şəxsə yönəldə biləcəyi ehtimalı istisna olunmur. Yəni, işin hallarından şəxsin qəsdinin konkret olaraq məhdud şəxslər dairəsinə yönəlməsi müəyyən edilməyib. Bu cəhətlər isə aşağı instansiya məhkəmələri tərəfindən düzgün hüquqi qiymətləndirilməyib.

Məhkəmə kollegiyası hesab edib ki, yeni apellyasiya baxışı zamanı işin tam, hərtərəfli və obyektiv araşdırılması, iş üzrə düzgün nəticəyə gəlmək üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutlar Cinayət Prosessual Məcəlləsinə uyğun olaraq araşdırılmalı, sübutlar arasında olan ziddiyyətlər aradan qaldırılmalı, zərurət yarandıqda əlavə sübutlar da toplanmalı və bütün sübutlar mənsubiyyət, mötəbərlik və mümkünlük baxımından qiymətləndirilməklə iş üzrə qanuni və ədalətli qərar qəbul olunmalıdır.

Qeyd olunanlara əsasən, Ali Məhkəmənin Cinayət Kollegiyası kassasiya protestini təmin edib. Apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilib və cinayət işi həmin məhkəmədə yeni apellyasiya baxışına qaytarılıb.
 
//modern.az
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
WSJ: Tramp İrana mümkün zərbələr barədə məlumatlandırılıb
06:20 30.10.2026
WSJ: Tramp İrana mümkün zərbələr barədə məlumatlandırılıb
Qətər İranla ABŞ-a yeni təkliflər planı verdi
06:10 30.10.2026
Qətər İranla ABŞ-a yeni təkliflər planı verdi
Azərbaycan Premyer Liqası: "Qarabağ", "Sabah" və "Neftçi"nin oyunlarına təyinatlar açıqlanıb
05:50 30.10.2026
Azərbaycan Premyer Liqası: "Qarabağ", "Sabah" və "Neftçi"nin oyunlarına təyinatlar açıqlanıb
KİV: Almaniyanın silah tədarükünü gecikdirməsi səbəbindən NATO-nun müdafiə planları ləngiyir
05:40 30.10.2026
KİV: Almaniyanın silah tədarükünü gecikdirməsi səbəbindən NATO-nun müdafiə planları ləngiyir
Ər-Riyada raket hücumu olub: bir nəfər yaralanıb
05:30 30.10.2026
Ər-Riyada raket hücumu olub: bir nəfər yaralanıb
Bu ölkə dörd vətəndaşını əsirlikdən azad etmək üçün Haitiyə qoşun göndərəcək
05:20 30.10.2026
Bu ölkə dörd vətəndaşını əsirlikdən azad etmək üçün Haitiyə qoşun göndərəcək
“Liverpul” Qavini transfer etmək istəyir
05:10 30.10.2026
“Liverpul” Qavini transfer etmək istəyir
Cənubi Koreyada eks-prezident üçün ölüm cəzası tələb edilib
05:00 30.10.2026
Cənubi Koreyada eks-prezident üçün ölüm cəzası tələb edilib
Lekornyu: Fransa hökuməti etirazlardan sonra təhsil sahəsinə 1 milyard avro ayıracaq
04:50 30.10.2026
Lekornyu: Fransa hökuməti etirazlardan sonra təhsil sahəsinə 1 milyard avro ayıracaq
Nunyes: Fransadakı etirazlarda 1193 polis və jandarm xəsarət alıb
04:40 30.10.2026
Nunyes: Fransadakı etirazlarda 1193 polis və jandarm xəsarət alıb
Tramp Bolsonaro ilə bağlı vəziyyətə müdaxilə etməyəcəyini bildirib
04:30 30.10.2026
Tramp Bolsonaro ilə bağlı vəziyyətə müdaxilə etməyəcəyini bildirib
Liviyada İran və Əfqanıstan vətəndaşlarının ölkəyə girişinə qadağa qoyulub
04:20 30.10.2026
Liviyada İran və Əfqanıstan vətəndaşlarının ölkəyə girişinə qadağa qoyulub
Gürcüstan Patriarxlığı beynəlxalq qumar oyunlarının təşkili ilə bağlı qanuna etiraz edir
04:10 30.10.2026
Gürcüstan Patriarxlığı beynəlxalq qumar oyunlarının təşkili ilə bağlı qanuna etiraz edir
ABŞ-nin neft ehtiyatları azalır
04:00 30.10.2026
ABŞ-nin neft ehtiyatları azalır
Bu ifadəMeksika ilə Fransa arasında mübahisə doğurub
03:53 30.10.2026
Bu ifadəMeksika ilə Fransa arasında mübahisə doğurub
Yüksək enerji qiymətləri Avropanı çətin qışla üz-üzə qoyur
03:46 30.10.2026
Yüksək enerji qiymətləri Avropanı çətin qışla üz-üzə qoyur