Ali məktəblərdə boş qalan yerlərə qəbulun nəticələri açıqlandı

Ali məktəblərdə boş qalan yerlərə qəbulun nəticələri açıqlandı
SOSİAL
17:20 08.09.2022
254
Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbulun nəticələri elan olunub.

Bu barədə AZXEBER.COM-a Dövlət İmtahan Mərkəzindən məlumat veirlib.

Bildirilib ki, abituriyentlər (həmçinin subbakalavrlar) müsabiqənin nəticələri haqqında məlumatı DİM-in internet saytından, eləcə də mobil nömrələr (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə "iş nömrəsi"ni və ya elektron ixtisas seçimi ərizəsindəki "7 rəqəmli kod”u 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində iştirak etmək üçün 13853 şəxs ixtisas seçimi edib. Müsabiqə nəticəsində ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə 628 nəfər (o cümlədən 287 nəfər subbakalavr), tam orta orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə isə 11846 nəfər qəbul olub.

Tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun nəticələrinə əsasən, plan yerləri 94.99% dolub. Cəmi 625 yer (5.01%) boş qalıb.

Orta ixtisas təhsili müəssisələrinə 11 illik təhsil bazasında tələbə qəbulunun nəticələri:

Sentyabrın 9-da ali təhsil müəssisələrinin boş qalan (vakant) yerlərinə qəbul olanların siyahısı "Abituriyent” jurnalının 9-cu sayında, tam orta orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olanların siyahısı isə Abituriyent” jurnalının 10-cu sayında dərc olunacaq.

Ali təhsil müəssisələrinin boş qalan (vakant) yerlərinə qəbul olan abituriyentlər (subbakalavrlar) 12 sentyabr saat 12:00-dan 19 sentyabr saat 23:59-dək, orta ixtisas təhsili müəssisələrinə qəbul olan abituriyentlər isə 12 sentyabr saat 12:00-dan 21 sentyabr saat 23:59-dək portal.edu.az platformasında qeydiyyatdan keçməli və yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında "Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməlidirlər. Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri təhsil müəssisəsinə göndərilməyəcəkdir.

Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə ixtisas seçimi tarixləri haqqında qəbul olanların qeydiyyat prosesi bitəndən sonra məlumat veriləcək.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Kanalda batan yeniyetmənin meyiti tapıldı
17:53 06.08.2026
Kanalda batan yeniyetmənin meyiti tapıldı
Müəllimlərin işə qəbulu: Vakansiya seçimi mərhələsi başlayır
17:40 06.08.2026
Müəllimlərin işə qəbulu: Vakansiya seçimi mərhələsi başlayır
Avropada qaz anbarlarında təhlükəli vəziyyət: Ən aşağı göstərici qeydə alındı
17:29 06.08.2026
Avropada qaz anbarlarında təhlükəli vəziyyət: Ən aşağı göstərici qeydə alındı
“Gəl dost olaq”: “OBA” uşaqların sevincinə dəstək oldu - VİDEO
17:27 06.08.2026
“Gəl dost olaq”: “OBA” uşaqların sevincinə dəstək oldu - VİDEO
Çoxları vitamini səhv qəbul edir - Hansı vitaminlər birlikdə içilməməlidir?
17:23 06.08.2026
Çoxları vitamini səhv qəbul edir - Hansı vitaminlər birlikdə içilməməlidir?
İmkanlı həyat yoldaşı arzusu nədən yaranır? – Psixoloqlardan maraqlı izah
17:17 06.08.2026
İmkanlı həyat yoldaşı arzusu nədən yaranır? – Psixoloqlardan maraqlı izah
Rusiya XİN: İrəvan Moskva ilə konstruktiv dialoq aparmağa can atmır
17:10 06.08.2026
Rusiya XİN: İrəvan Moskva ilə konstruktiv dialoq aparmağa can atmır
Ağıl dişinin gec çıxması təhlükəlidirmi? – Mütəxəssislər xəbərdarlıq edir
16:52 06.08.2026
Ağıl dişinin gec çıxması təhlükəlidirmi? – Mütəxəssislər xəbərdarlıq edir
Ayaqqabıdan çıxmayan ayaqlar: Gün boyu davam edən hal sağlamlığa necə təsir edir?
16:42 06.08.2026
Ayaqqabıdan çıxmayan ayaqlar: Gün boyu davam edən hal sağlamlığa necə təsir edir?
Politoloq: Rusiya Ermənistanı sanksiyalar və embarqolarla hədələyir
16:35 06.08.2026
Politoloq: Rusiya Ermənistanı sanksiyalar və embarqolarla hədələyir
Hakan Fidan: Qəzzada daimi atəşkəsdən başqa çıxış yolu yoxdur
16:27 06.08.2026
Hakan Fidan: Qəzzada daimi atəşkəsdən başqa çıxış yolu yoxdur
Hər gün qulaqcıq taxmaq eşitməyə necə təsir edir? - Mütəxəssislər xəbərdarlıq edir
16:20 06.08.2026
Hər gün qulaqcıq taxmaq eşitməyə necə təsir edir? - Mütəxəssislər xəbərdarlıq edir
BMT-dən NATO-ya: Azərbaycanın beynəlxalq təşkilatlardakı daimi nümayəndələri kimlərdir? – TAM SİYAHI
16:18 06.08.2026
BMT-dən NATO-ya: Azərbaycanın beynəlxalq təşkilatlardakı daimi nümayəndələri kimlərdir? – TAM SİYAHI
Azərbaycanda əhalinin yarısı artıq çəkidən əziyyət çəkir
16:08 06.08.2026
Azərbaycanda əhalinin yarısı artıq çəkidən əziyyət çəkir
Dənizdə batan Zeynəbdən bir aydır xəbər yoxdur
16:01 06.08.2026
Dənizdə batan Zeynəbdən bir aydır xəbər yoxdur
Ekspres avtobusların qiyməti ilə bağlı nazir müavinindən CAVAB
15:58 06.08.2026
Ekspres avtobusların qiyməti ilə bağlı nazir müavinindən CAVAB