Ali məktəblərdə yeni fənlər: Hansı ixtisaslarda dəyişiklik olacaq?

Ali məktəblərdə yeni fənlər: Hansı ixtisaslarda dəyişiklik olacaq?
SOSİAL
16:50 10.09.2026
98

Azərbaycanda ali təhsil müəssisələrində qida təhlükəsizliyi, heyvan və bitki sağlamlığı sahələri üzrə kadr hazırlığı yenilənəcək.

Bu, Prezident İlham Əliyevin 2026-cı il 10 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027–2032-ci illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulub.

Dövlət Proqramına əsasən, ali təhsil müəssisələrində qida təhlükəsizliyi, bitki və heyvan sağlamlığı sahələrində fənn proqramları mövcud ehtiyaclara uyğun təkmilləşdiriləcək.

Bununla yanaşı, qida təhlükəsizliyi, heyvan və bitki sağlamlığı üzrə yeni fənn proqramları aidiyyəti dövlət orqanları və qurumlarla birlikdə hazırlanacaq.

Hazırlanacaq yeni proqramların ali təhsil müəssisələrində tədrisinə başlanılması nəzərdə tutulur.

Mövzu ilə bağlı AZXEBER.COM-a danışan təhsil eksperti Məzahir Məmmədli bildirib ki, aqrar və qida sənayesi sahəsində həyata keçirilən yeniliklər peşəkar kadrlara olan tələbatı da artırır:

"Artıq Azərbaycanda aqrar sektorla, eyni zamanda qida sənayesi ilə bağlı müəyyən addımlar atılır, yeni laboratoriyalar qurulur. Bu ixtisasların tədris olunduğu universitetlərdə maddi-texniki bazanın daha sürətli və əlçatan olması üçün müəyyən tədbirlər həyata keçirilir. Azərbaycan Dövlət Aqrar Universitetini nümunə göstərmək kifayətdir. Azərbaycanda bu sektorun inkişafı üçün çox böyük sərmayələr yatırılıb. Yeni kompüterlər, laboratoriyalar qurulub, yeni tədris korpusu tikilib”.


Ekspert qeyd edib ki, həyata keçirilən bu yeniliklər tədrisin keyfiyyətinin artırılmasına və sahə üzrə kadr çatışmazlığının aradan qaldırılmasına xidmət edə bilər:

"Düşünürəm ki, bu, həm heyvandarlıq, həm də qida təhlükəsizliyi ilə bağlı növbəti böyük planın tərkib hissəsidir və tədrisin keyfiyyətinin yaxşılaşdırılmasına xidmət edəcək. Çünki bəzi aqrar və kənd təsərrüfatı sahələri, o cümlədən heyvandarlıq və bitkiçilik müəyyən qədər inkişaf etsə də, qida təhlükəsizliyi ilə bağlı müəyyən kadr çatışmazlığı var”.

Məzahir Məmmədli bildirib ki, artıq bir sıra ali təhsil müəssisələrində qida təhlükəsizliyi istiqamətində yeni ixtisas və tədris imkanları yaradılır:

"Azərbaycan Dövlət İqtisad Universitetində, Bakı Dövlət Universitetində və digər bir neçə universitetdə qida təhlükəsizliyi ilə bağlı yeni ixtisaslar əlavə olunub. Türkiyə-Azərbaycan Universitetində də qida təhlükəsizliyi ixtisası üzrə Türkiyənin tanınmış universitetlərində tədris aparan, hazırlıqlı professor-müəllim heyəti cəlb olunub. Onlar artıq Azərbaycanın digər universitetləri ilə də əməkdaşlıq edir, yeni laboratoriyaların qurulması və fəaliyyət istiqamətləri üzrə müəyyən faydalı işlər görmək üçün ölkədədirlər”.

Ekspert vurğulayıb ki, yeni proqramların hazırlanması ilə yanaşı, bu sahəyə müasir yanaşmaya malik kadrların cəlb edilməsi də vacibdir:

"Məhz bütün bunların həyata keçirilməsi üçün, əlbəttə ki, kadrlar yenilənməlidir. Yeni baxışlara malik, gənc və dil biliyi zəngin olan mütəxəssislər cəlb olunmalıdır ki, bu sahədə müəyyən uğurlara imza atmaq mümkün olsun. Məhz bu sərəncam eyni adlı ixtisaslar üzrə mütəxəssislərin formalaşmasına və bu istiqamətdə kadr hazırlığının gücləndirilməsinə fayda verə biləcək addımdır”.

Fəridə Əsədzadə

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ekspert “Sabah”ın “Mançester Yunayted” şansını dəyərləndirdi - “Ən azı 1 xalla qayıdacaq”
17:19 10.09.2026
Ekspert “Sabah”ın “Mançester Yunayted” şansını dəyərləndirdi - “Ən azı 1 xalla qayıdacaq”
Göygöldə yüksək bal toplayan məzunlarla görüş keçirildi - FOTOLAR
17:07 10.09.2026
Göygöldə yüksək bal toplayan məzunlarla görüş keçirildi - FOTOLAR
İranda yanacaq qənaəti üçün gözlənilməz qərar: Konfrans zalları bağlanacaq
16:56 10.09.2026
İranda yanacaq qənaəti üçün gözlənilməz qərar: Konfrans zalları bağlanacaq
AccessBank nağd kreditlər üzrə 7%-dək endirim kampaniyasına yenidən start verdi!
16:51 10.09.2026
AccessBank nağd kreditlər üzrə 7%-dək endirim kampaniyasına yenidən start verdi!
Ali məktəblərdə yeni fənlər: Hansı ixtisaslarda dəyişiklik olacaq?
16:50 10.09.2026
Ali məktəblərdə yeni fənlər: Hansı ixtisaslarda dəyişiklik olacaq?
Bakıda narkokuryer saxlanıldı: 33 kiloqrama yaxın narkotik ələ keçirildi
16:44 10.09.2026
Bakıda narkokuryer saxlanıldı: 33 kiloqrama yaxın narkotik ələ keçirildi
Mağazalar boşalır, səbətlər dolur: Onlayn alış-veriş niyə populyarlaşıb?
16:24 10.09.2026
Mağazalar boşalır, səbətlər dolur: Onlayn alış-veriş niyə populyarlaşıb?
AccessBank tender elan etdi
16:10 10.09.2026
AccessBank tender elan etdi
"Azərbaycanda 50-yə yaxın təyyarə var, hamısı bizimdir" - Şeyxin qardaşı
16:01 10.09.2026
"Azərbaycanda 50-yə yaxın təyyarə var, hamısı bizimdir" - Şeyxin qardaşı
Kirayədə yaşadığı evdən oğurluq edən şəxs saxlanıldı
15:44 10.09.2026
Kirayədə yaşadığı evdən oğurluq edən şəxs saxlanıldı
Bir ovucla başlayır, paketlə bitir: "Semiçka" niyə bu qədər cəlbedicidir?
15:41 10.09.2026
Bir ovucla başlayır, paketlə bitir: "Semiçka" niyə bu qədər cəlbedicidir?
Həbs edilən icra başçısının satılan avtomobilini öz oğlu alıb
15:38 10.09.2026
Həbs edilən icra başçısının satılan avtomobilini öz oğlu alıb
Ekspert: Ermənistanın verdiyi mina xəritələrinin dəqiqliyi cəmi 25 faizdir
15:36 10.09.2026
Ekspert: Ermənistanın verdiyi mina xəritələrinin dəqiqliyi cəmi 25 faizdir
Bu atları saxlayanlara 1000 manat veriləcək
15:25 10.09.2026
Bu atları saxlayanlara 1000 manat veriləcək
Rusiyadakı azərbaycanlıların nəzərinə - Putin tapşırıq verdi
15:03 10.09.2026
Rusiyadakı azərbaycanlıların nəzərinə - Putin tapşırıq verdi
Qida təhlükəsizliyi üzrə Dövlət Proqramı təsdiqləndi - SƏRƏNCAM
14:43 10.09.2026
Qida təhlükəsizliyi üzrə Dövlət Proqramı təsdiqləndi - SƏRƏNCAM