Qubada ilk dəfə şimal zonasına daxil olan rayonların abituriyentləri üçün respublikanın ali təhsil müəssisələrinə qəbul imtahanları keçiriləcək.
Bu barədə TQDK Quba regional bölməsindən məlumat verilib.Bildirilib ki, ilk dəfə olaraq şimal zonasının abituriyentləri bu il ali məktəblərə keçiriləcək imtahanları Qubada verəcəklər. Hazırda imtahnların təşkili üçün məkanların dəqiqiləşdirilməsi aparılır.Qeyd edək ki, bu günə qədər şimal zonasının da abituriyentləri digər zonalar kimi imtahanları Bakı və Sumqayıt şəhərlərində veridilər.