Ali məktəblərə qəbul qaydaları dəyişir

GƏNCLİK
10:15 07.03.2012
2414

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası “Abituriyent” jurnalının ilk buraxılışını nəşr edib.

AZXEBER.COM məlumatına görə, jurnalda 2012-2013-cü il üçün ali məktəblərə, tam orta təhsil bazasından orta ixtisas təhsil müəssisələrinə qəbul qaydaları var. Bundan başqa jurnalda qəbul imtahanlarının proqramları da çap edilib.

Daha bir yenilik isə bundan sonra bütün ixtisas qruplarında açıq tipli tapşırıqların sayının artırılmasıdır. Bellə ki, hər qrupda riyaziyyat fənnindən başqa daha bir fəndə də açıq tipli tapşırıq yer alacaq. 1-ci ixtisas qrupuna sənəd verənlər riyaziyyat və fizika, 2-ci ixtisas qrupunda riyaziyyat və coğrafiya, 3-cü ixtisas qrupunda riyaziyyat və tarix, 4-cü ixtisas qrupunda isə riyaziyyat və kimya fənlərindən açıq tipli test tapşırığı olacaq.

OXŞAR XƏBƏRLƏR